Arxiv
14 İyun 2021, 16:00 | AKTUAL
Komitə sədri Böyük Britaniya nümayəndə heyəti ilə görüşdü - FOTO

İyunun 14-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, komitə sədri Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq, etnik təmizləmə, soyqırımı siyasəti haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, 1988-93-cü illərdə baş vermiş münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdunu tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Ermənistan otuz ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini məhv edib, xalqımızıa ağır maddi-mənəvi zərər vurub, şəhər və kəndlərimizi dağıdıb.

 

Qonaqlara məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev dövlət başçısı seçildikdən sonra qısa müddətdə çadır düşərgələrini ləğv edib, 300 mindən çox məcburi köçkün müasir standartlara cavab verən 115 qəsəbədə yerləşdirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu işə özəl sektor da cəlb olunub və üç böyük yaşayış kompleksi salınıb. Məcburi köçkünlərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir, onlar vahid aylıq müavinət alır, təhsil, səhiyyə və bir sıra ictimai xidmətlər üzrə güzəştlərdən yararlanır. 

Qaçqınlıq və məcburi köçkünlük problem ilə əlaqədar yaranan humanitar fəlakət təhlükəsinin aradan qaldırılmasında Azərbaycana beynəlxalq təşkilatların göstərdiyi dəstək minnətdarlıq hissi ilə xatırlanıb.

Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq Azərbaycanın ötən ilin payızında əks-həmlə döyüş əməliyyatı keçirdiyi və  44 gün ərzində özünün ərazi bütövlüyünü bərpa etdiyi barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, multikultural dəyərlərə daim sadiq qalan ölkəmizin müxtəlif etnik kökənli vətəndaşları işğalçılara qarşı birlikdə vuruşub, qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın tarixində Vətən müharibəsi kimi yer tutan və Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması ilə başa çatan hərbi əməliyyatlardan sonra məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasına imkan yaranıb. Bu yaxınlarda aparılan sorğuda onların mütləq əksəriyyəti doğma yurda qayıdacağını bir daha təsdiqləyib. Məcburi köçkünlərin dövlət tərəfindən könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı təmin ediləcək. Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirir. Ermənistanın mina xəritələrini verməkdən uzun müddət imtina etməsi bu sahədə vəziyyəti gərginləşdirib, indiyədək 100-dən çox azərbaycanlı mina partlayışı nəticəsində həyatını itirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və diplomatik fəaliyyəti nəticəsində, nəhayət ki, Ermənistan yalnız Ağdam rayonu ərazisində basdırılmış 97 min minanın xəritəsini verib. Azərbaycan ərazilərində mina təhlükəsinin aradan qaldırılmasına Böyük Britaniyanın da dəstək verdiyi qeyd edilib və bölgədə dayanıqlı sülhün bərqərar olması naminə bütün xəritələrin verilməsi üçün Ermənistana beynəlxalq təzyiqin artırılmasının vacibliyi vurğulanıb.

Komitə sədri bildirib ki, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışı dünyada ilk dəfə Azərbaycanda gerçəkləşəcəkdir. Buna görə də bu ilk təcrübədə uğurlu nəticəyə nail olmaq üçün müvafiq dövlət proqramları hazırlanır.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri - Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malik, siyasi təhlilçi Qureyşi Şahid, T-vine nəşrinin təsisçisi və redaktoru Özerim İpek, videojurnalist Kravford Edvard, jurnalist Rov Edvard, tədqiqatçı Reynolds Nikolas Azərbaycana səfərlərindən, ölkəmizdə gördükləri inkişafdan məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdəki dağıntılar insanlarda depressiya yaradır. Həmin ərazilərdə quruculuqla bağlı böyük işlər həyata keçirilir. Azərbaycan bütün dinlərə aid abidələri qoruyub saxlayır, Ermənistan isə məhv edir. Beynəlxalq ictimaiyyətin bunları nəzərə almaması, işğalçı ilə təcavüzə məruz qalanı fərqləndirməməsi təssüf hissi doğurur.

Dövlət Komitəsinin sədri görüşdə iştirak edən britaniyalı jurnalistlərin suallarını cavablandırıb.

Görüşdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib.

Görüşdən sonra nümayəndə heyəti məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksindəki vəziyyətlə tanış olub, orada yerləşən məktəbin müəllimləri ilə görüşüb və Tarix Diyarşünaslıq muzeyində olublar.

Rövşən Rzayev Böyük Britaniya nümayəndə heyəti ilə görüşdü- FOTO Rövşən Rzayev Böyük Britaniya nümayəndə heyəti ilə görüşdü- FOTO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın istefasını tələb edən generalın yerinə TƏYİNAT 5 Avqust 2021, 17:12 Çin virusa görə dərsləri təxirə salır 5 Avqust 2021, 17:04 Bu ölkə Azərbaycanla hava sərhədlərini BAĞLAYIR 5 Avqust 2021, 16:54 ABŞ-da yoluxma sayı ən yüksək həddə çatdı 5 Avqust 2021, 16:50 “Bayraktar” 103 yanğın yerini aşkarladı 5 Avqust 2021, 16:41 İsrailin Müdafiə naziri: İranı vurmağa hazırıq 5 Avqust 2021, 16:36 “Uber” son 3 ayı 500 milyon dollar zərərlə BAŞA VURUB 5 Avqust 2021, 16:33 “Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası keçiriləcək 5 Avqust 2021, 16:32 Eldəniz Səlimova deputat maaşı veriləcək 5 Avqust 2021, 16:22 Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Barmaq izi tələb olunacaq 5 Avqust 2021, 16:19 “Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan 5 Avqust 2021, 16:15 Türkiyədə 10 ildə 26 mindən çox meşə yanğını olub 5 Avqust 2021, 16:00 Azərbaycana qarşı döyüşən terrorçular yaralandılar  5 Avqust 2021, 15:55 Vüqar Səfərlinin işi məhkəmə baxışına verildi - YENİLƏNİB 5 Avqust 2021, 15:47 Prezident yol tikintisinə pul ayırdı   5 Avqust 2021, 15:40 Deputatın qızının toyunda karantin qaydaları pozulub? - RƏSMİ 5 Avqust 2021, 15:36 Kəmərköy İES-nə yaxın ərazidə yanğınlar söndürülüb 5 Avqust 2021, 15:28 Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə QOŞULDU 5 Avqust 2021, 15:26 Bakıda yol qəzası sıxlıq yaratdı    5 Avqust 2021, 15:23 “Hindistan regionda qorxutmaq xətti yürüdür” – Səfir 5 Avqust 2021, 15:14 Yardımlıdakı meşə yanğını söndürüldü 5 Avqust 2021, 15:00 Sərdar Cəlaloğlu: “Mən çıxış edəndə yazırlar ki, boş-boş danışma” - MÜSAHİBƏ 5 Avqust 2021, 14:56 Ermənistan parlamenti vitse-spiker seçə bilmir 5 Avqust 2021, 14:53 Müəllimlərin işə qəbulunda test imtahanı mərhələsi başa çatdı   5 Avqust 2021, 14:41 Bakıda tikinti sahəsində ağaclar məhv edilib   5 Avqust 2021, 14:38 İranın yeni prezidentindən Kəlbəcərlə sərhəddə baş verənlərə REAKSİYA 5 Avqust 2021, 14:27 Ağsudakı yanğının söndürülməsinə helikopter cəlb olundu 5 Avqust 2021, 14:26 “Birgə təlimlər hərbi qüdrətimizin nümayişidir” - Kərəm Mustafayev 5 Avqust 2021, 14:14 Türkiyədə ilk yük PUA-sı sınaqdan keçirilib   5 Avqust 2021, 14:08 Qabiliyyət imtahanı verəcək abituriyentlərin nəzərinə 5 Avqust 2021, 14:06 Tanınmış jurnalistdən Türkiyəyə dəstək - VİDEO   5 Avqust 2021, 13:46 Xüsusi təyinatlılar Naxçıvanda təlim keçirdi - VİDEO 5 Avqust 2021, 13:41 Sahibə Qafarova İranda səfərdədir - FOTO 5 Avqust 2021, 13:33 Ermənistan yenidən mövqelərimizi ATƏŞƏ TUTDU   5 Avqust 2021, 13:32 Diasporumuzun artan nüfuzu: Dünya erməniliyi gücsüzlüyünü etiraf edir – TƏHLİL 5 Avqust 2021, 13:30