Modern.az

Şəkidə seldən zərərçəkənlərə kompensasiya ödəniləcək? - AÇIQLAMA

Şəkidə seldən zərərçəkənlərə kompensasiya ödəniləcək? - AÇIQLAMA

14 İyun 2021, 16:37

İyunun 7-də Şəki rayonu ərazisində yağan intensiv yağış bir sıra problemlərə yol açdı. Axşam başlayan və 1 saat çəkən yağış gülcü selin yaranmasına səbəb oldu.

 

Sel Şəkinin Şin kəndinə xüsusilə, güclü ziyan vurub. Kənddə həyətyanı sahələrdə dağıntılara yol açıb, təsərrüfata və əkin sahələrinə külli miqdarda ziyan vurub.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov selin törətdiyi fəsadlar barədə parlamentdə çıxışı zamanı da məsələ qaldırmışdı. Deputat Modern.az-a açıqlamasında seldən zərərçəkmiş əmlak və təsərrüfat sahiblərinə kompensasiya ödənilməsi barədə ehtimallara toxunub.

 

“Şəkidə sel nəticəsində zərərçəkmiş şəxslərə kompensasiya veriləcəyi barədə heç bir məlumat yoxdur. Mən parlamentdə güclü selin şəhərdə yaratdığı zərərlərlə bağlı məsələni qaldırdım. Çayda suyun səviyyəsi və sürəti artdığı üçün sel çay kənarı torpaqlara, yaşayış evlərinə zərər vurub. Daha təhlükəlisi isə bəzi binaların altında uşaq bağçalarının yerləşməsidir. Su bəzi binanın zirzəmisinə də sızıb. Bu məsələni parlament iclasında qaldırdım. Çünki zərəri aradan qaldırmaq üçün təcili maliyyə ayrılmalıdır ki, məsələ öz həllini tapsın”.

 

Deputatın sözlərinə görə, yaxın günlərdə istinad divarlarının bərpasına başlanılacaq:

 

“İcra hakimiyyəti ilə əlaqə saxlayıram. Hələki yenilik yoxdur. İnanıram ki, reaksiya veriləcək. Çünki dəymiş zərərin məbləğini hesablamaq asan iş deyil. İşin ciddiliyini kifayət qədər çatdırmışam. Dəfələrlə icra hakimiyyəti müvafiq təşkilatlara, dövlət orqanlarına məktublar göndərib. Düşünürəm ki, yaxın vaxtlarda dəymiş zərərin aradan qaldırılması üçün bərpa işlərinə başlanılacaq”.

 

Fidan İlqar

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu