Modern.az

Məzunları ən az və ən çox olan rayonların ADLARI

Məzunları ən az və ən çox olan rayonların ADLARI

14 İyun 2021, 17:40

Təhsil Nazirliyi 2020-2021-ci tədris ilində məzunları ən az və ən çox olan rayonların adlarını açıqlayıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, nazirlikdən məlumat verilib.

Məlumata görə, 2021-ci ildə ən az məzun Naftalan şəhərində olub. Belə ki, Naftalan orta məktəblərinin bu il 71 nəfər məzunu üçün “Son zəng” çalınıb.


Məzun sayına görə ölkə üzrə ilk sırada isə Bakı şəhərinin Sabunçu rayonu qərarlaşıb. Bu il Sabunçuda 3062 nəfər şagird orta məktəblə vidalaşıb.

Xatırladaq ki, pandemiya şərtlərinin yumşaldılması fonunda bu il orta məktəblərdə “Son zəng” məhdud iştirakçı ilə ənənəvi qaydada keçirilib. Məzunların “Son zəng” tədbiri bu gün – iyunun 14 idi.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi