Yeni istehsal olunan aqrodronların ümumi əhəmiyyəti və qiyməti barəsində Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova Modern.az-a açıqlama verib.
A.Məmmədova söyləyib ki, dronların əhəmiyyəti mövcud olan dərmanlanma texnologiyasından dəfələrlə üstündür:
“Aqrodronların istifadəyə verilmə vaxtı hələlik bilinmir. Ancaq qısa müddət ərzində istifadəyə verilməsini planlaşdırırıq. İlk dəfə aqrodronları “Ekspo” sərgi mərkəzində keçirilən kənd təsərrüfatı sərgisində nümayiş etdirdik və fermerlərin marağına səbəb oldu. Dronların əhəmiyyəti mövcud olan dərmanlanma texnologiyasından dəfələrlə üstündür. Həm operativ, həm də əlavə dərmanlara və vəsaitə qənaət olunması baxımından üstündür. Eyni zamanda, bitkilərin tələf olunmasının qarşısını alır. Çünki mövcud texnologiya ilə sıx əkilən sahələrdə traktor dərmanlanma işi apararkən bitkilər təkərlərin altında qalırdı və tələf olurdu. Aqrodronlar 100 m hündürlüyə qalxdığı üçün traktorların dərmanlaya bilmədiyi əraziləri dərmanlaya biləcək. Dronların digər üstünlüyü sahəni ölçmək və skan edə bilməkdir. Xəstəlik və ziyanverici həşəratlar ilə sirayətlənmiş ərazini skan edir, daha sonra dərmanlayır”.
A.Məmmədova qeyd edib ki, xidmətə başlanıldığı zaman tarifə uyğun qiymət müəyyənləşəcək:
“Dronların qiyməti haqqında müəyyən məlumat mövcud deyil. Xidmətə başldığımız təqdirdə tariflərə uyğun olaraq qiymət müəyyənləşəcək. Daha sonra qiymət haqqında ictimaiyyətə və fermərlərə açıqlama veriləcək”.
Aqrodronların ümumi xüsusiyyətləri aşağıdakılardır:
Humay İsgəndərova