Modern.az

İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB

İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB

15 İyun 2021, 15:25

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

 

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

 

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

 

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 

Qeyd edək ki, səfər çərçivəsində bir sıra tədbirlər keçiriləcək, iki ölkə arasında sənədlər imzalanacaq.

 

Ərdoğan İlham Əliyevlə təkbətək görüşəcək. 

 

Prezidentlərin şəhər turu və Şuşanın məşhur yerlərinin ziyarəti də olacaq.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Nümayəndə heyətinə həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.

 

 

 
 
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?