Arxiv
16 İyun 2021, 17:00 | AKTUAL
Dövlət Komitəsində Ağalı kənd sakinlərinin təklifləri dinlənildi

İyunun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinin Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri ilə görüşü olub.

 

Modern.az xəbər verir ki, görüş Böyük Qayıdışa hazırlıq ərəfəsində məcburi köçkünlərlə dialoqu davam etdirmək, köçürülmə strategiyası ilə bağlı fikir mübadiləsi, məlumatlandırma və maarifləndirmə işi aparmaq məqsədilə keçirilib. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Zəngilan rayonunun üçüncü Ağalı kəndində icrasına başlanan “ağıllı kənd” layihəsinin xüsusiyyətləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Ən müasir texnologiyaların tətbiq edilməsi ilə yenidən qurulacaq yaşayış məntəqələrinə köçürülmənin könüllülük prinsipi ilə, ləyaqətlə və təhlükəsizlik şəraitində həyata keçiriləcəyi diqqətə çatdırılıb.

 

Ağalılılar “ağıllı kənd” layihəsinin ilk dəfə onların ata-baba yurdunda həyata keçirilməsinə görə fərəh hissi keçirdiklərini və dövlətimizin başçısına minnətdar olduqlarını bildiriblər. Layihə üzrə işlərin gedişi barədə məlumatları maraqla izlədiklərini vurğulayan kənd sakinləri işğaldan azad edilmiş doğma yurd yerlərinin hazırkı vəziyyətini görmək istəklərini İctimai Şura üzvlərinə çatdırıblar. Eyni zamanda yenidən salınan kəndə köçürülmənin təşkili ilə bağlı fikirlərini ifadə edib, bir sıra təkilflər irəli sürüblər. Köçürülmə zamanı əvvəllər kənddə mövcud olan ənənələri nəzərə almağın vacibliyi vurğulanıb. Ağalı kəndindən olan gənclər qayıdışdan sonra məşğulluğun təmin edilməsi məsələsi ilə bağlı rəy və arzularını bildiriblər.

 

İctimai Şuranın sədri Anar Xəlilov səsləndirilən bütün təkliflər əsasında hesabat hazırlanacağını, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunacağını qeyd edib.

 

Görüşdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mövsumov, Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə sahillərində zəlzələ olub 4 Avqust 2021, 00:44 Çavuşoğlu: "Azərbaycan ehtiyacımız olan həm qrup, həm də texnika göndərdi" 4 Avqust 2021, 00:38 Müdafiə nazirinin evinə hücum: 6 nəfər yaralandı 4 Avqust 2021, 00:15 Fars körfəzində insident: tanker ələ keçirildi 3 Avqust 2021, 23:54 Rusiyalı sərhədçilər Zəngəzura yerləşdirilib 3 Avqust 2021, 23:40 “Neftçi” Avroliqada ilk matçını qazana bilmədi 3 Avqust 2021, 23:06 FHN-in qrupu Denizlidə yanğınları söndürür 3 Avqust 2021, 22:41 Nazirlik rəsmisi yanğınla bağlı çağırış etdi 3 Avqust 2021, 22:15 Pentaqonda atışma: 1 nəfər öldü 3 Avqust 2021, 22:03 Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu 3 Avqust 2021, 21:42 Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO 3 Avqust 2021, 21:25 Ən populyar smartfon istehsalçıları məlum oldu 3 Avqust 2021, 21:01 FHN-nin qüvvələri Türkiyədə yanğınlarla mübarizə aparır - FOTOLAR 3 Avqust 2021, 20:37 Peyvənd olunanların sayı açıqlandı 3 Avqust 2021, 20:28 Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR 3 Avqust 2021, 20:19 Daha 3 hərbçinin qalıqları Ermənistana TƏHVİL VERİLDİ 3 Avqust 2021, 20:15 İranın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi 3 Avqust 2021, 19:57 Türkiyədə 8 yanğın ocağı qalıb 3 Avqust 2021, 19:36 32 naməlum şəhid məzarının açılmasına qərar verildi - RƏSMİ 3 Avqust 2021, 19:11 Eldəniz Səlimov həbs olundu - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 19:02 DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10