Modern.az

Türkiyə millisi İsveçrəyə qalib gəlsə... - AVRO-2020-də bu gün

Türkiyə millisi İsveçrəyə qalib gəlsə... - AVRO-2020-də bu gün

Aktual

20 İyun 2021, 09:10

Bu gün AVRO-2020-nin qrup mərhələsində III tura start veriləcək.

Modern.az xəbər verir ki, turun ilk günündə 2 oyun keçiriləcək.

A qrupunda Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə ilə üz-üzə gələcək.

Günün digər matçında İtaliya millisi Romada Uelslə qarşılaşacaq.

Qardaş ölkənin yığması qrup üçüncüsü olmaq üçün mütləq qalib gəlməlidir. “Ay-ulduzlular” 3-cü yerlə 1/8 finala çımaq üşün mümkün qədər çox top fərqi ilə qələbə qazanmalıdır.

Amma Türkiyənin 1/8 finala çıxması üçün daha bir neçə möcüzə reallaşmalıdır.

Bu barədə Modern.az-a tanınmış futbol şərhçisi Rasim Mövsümzadə bildirib. O deyib ki, Türkiyə seçməsi İsveçrəyə qalib gəlsə (məsələn minimal hesabla), “Ay-ulduzlular”ın 1/8 finala çıxması üçün aşağıdakı nəticələr də qeydə alınmalıdır:

D qrupunda Xorvatiya - Şotlandiya matçı heç-heçə bitməlidir;

E qrupunda isə İspaniya slovaklara uduzmalı, Polşa da isveçlilərə qalib gəlməməlidir. 


A qrupu

20:00. İtaliya – Uels

Baş hakim: 
Ovidiu Hateqan (Rumıniya)
Roma. Olimpiya Stadionu

20:00. Türkiyə - İsveçrə
Baş hakim: 
Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu

1

İtaliya

2

2

0

0

6-0

6

2

Uels

2

1

1

0

3-1

4

3

İsveçrə

2

0

1

1

1-4

1

4

Türkiyə

2

0

0

2

0-5

0

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi