Arxiv
21 İyun 2021, 14:39 |
Azərbaycandakı sürətli BAHALAŞMA - “Bir şirkət bazarda 80 faiz paya sahib olanda...”
Azərbaycandakı sürətli BAHALAŞMA - “Bir şirkət bazarda 80 faiz paya sahib olanda...”

“Bir sıra ərzaq mallarına tələbatın artması fonunda əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər aparılır. Monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılır.


Monitorinq zamanı həmçinin maarifləndirmə işləri də aparılaraq, sahibkarlara əsassız qiymət artımına yol verilməməsi, marketlərdə qiymətlərin malların üzərində düzgün göstərilməsi, kassa qiymətləri ilə eynilik təşkil etməsi, istehsalçılarla market şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, satılan məhsulun keyfiyyəti və qiyməti barədə narazılıqlar olduğu halda məsələnin ciddi və operativ araşdırılması, istehlakçı hüquqlarının təmin olunması və müştəri məmuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilir. 

Qeyd edək ki, əsassız qiymət artımına yol verilməklə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək. Cinayət tərkibli hallar aşkar edildikdə isə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilicək”.


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu şablon açıqlamasını xatırlatmaq yəqin ki, heç kimə lazım deyil. Çünki yüksək neft qiymətləri, manatın sabit məzənnəsi, ölkədəki stabil vəziyyətə baxmayaraq, qiymətlər artan tepmlə yüksəlir. Həm də günbəgün! 


Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bahalaşmanın son bir neçə ayda daha da sürətləndiyini deyib:

 

“Azərbaycanda istər ərzaq, istər qeyri-ərzaq qiymətlərinin sürətlə bahalaşmasının şahidi oluruq və proses artıq bir neçə aydır davam edir. Əsasən də ərzaq inflyasiyası hətta rəsmi rəqəmlərə görə 5 faizi keçib. Aydındır ki, bizdə rəsmi rəqəmlərlə real rəqəmlər arasında həmişə fərq olur. Təəssüf ki, alternativ statsitik hesablamalar aparmaq da mümkün deyil. Amma günümüzün reallığını bilirik, alıcı olaraq, evimizə, ailəmizə alınan məhsulların bahalaşmasının şahidi oluruq”.

 

“Rəqabət mühiti yoxdur”

Ekspert səbəblərin əsasən subyektiv olduğunu vurğulayıb:


“Yeganə obyektiv səbəb dünya bazarlarında ərzaq qiymətlərində ciddi artımın müşahidə olunmasıdır. Ötən ilə nisbətən ərzaq indeksi təqribən 10 faizdən çox bahalaşıb. Bu da bütün ölkələrdə qiymət artımının səbəblərdən biridir. Buna da səbəb bəzi ölkələrin “protaksionist” siyasət yeritməsidir. Yəni bəzi daxili ixracatçı ölkələr bazarı qorumaq üçün ərzaq məhsuallarına kifayət qədər böyük həcmdə vergi və gömrük rüsumları qoyur. Nəticə etibarilə ixrac olunan məhsulların qiymətində də artım müşahidə edilir. Amma Azərbaycanın öz spesifik xüsusiyyətləri var. Təəssüf ki, ölkəmizdə qiymət artımına təsir edən amillər rəqabətsizlikdən doğur. Rəqabət mühitinin olmaması səbəbindəndir ki, bizdə bir neçə şirkət həm istehsal, həm də ölkəyə mal gətirilməsi baxımından daxili bazarın təqribən ¾-nə, 70-80 faizinə nəzarət edir. Öz vəziyyətlərindən istifadə edərək, qiymət diqtəsini həyata keçirirlər. Bu şirkətlərin qiymət diqtəsi bahalaşmanın daha çox sürətlənməsinə səbəb olur, çünki əsasən xaricdən gətirilən məhsullarda rəqibləri yoxdur. Daxili istehsalın da zəif olduğunu nəzərə alsaq, bizdə qiymət artımının sürəti “normal”dır”.

 

35 faizlik avtomatik artım...

N.Cəfərli digər səbəbin gömrük rüsumları ilə bağlı olduğunu bildirib:


“Azərbaycanda daxili istehsalı olmayan, yaxud az olan ərzaq məhsullarının da gömrük rüsumları çox yüksəkdir. Məhsullar 15 faiz gömrük rüsumu ilə ölkəyə gətirilir. 18 faiz Əlavə Dəyər Vergisini də nəzərə alsaq, məhsul sərhəddən ölkəyə keçən kimi avtomatik olaraq, 35 faiz qiymətin üzərinə gəlir. Hökumətin bizdə daxili bazarda istehsalı olmayan, yaxud sosial mal qrupuna aid olan və insanların gündəlik tələbatına uyğun məhsulların gömrük rüsumları ilə bağlı qərarlarına ehtiyac var. Rüsumlar azaldılmalıdır ki, həm daxili bazarda rəqabət artsın, həm də qiymətlərin tənzimlənməsi mümkün olsun. Süni yolla, dövlətin və hökumətin müdaxilələrilə qiyməti tənzimləmək mümkün deyil. Bu, əksinə pis fəsadlara gətirib çıxara bilər. Ona görə də hökumətin əlində olan ən işlək alətlər vergi dərəcələri və gömrük rüsumlarıdır. Burada müəyyən dəyişiklik etməklə, bazarda sabitliyin yaranmasına və qiymətlərin tənzimlənməsinə nail olmaq mümkündür”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
Liderlərin Praqa görüşü Moskvanı qıcıqlandırdı - Rusiyadan AÇIQLAMA 15:16, Bu gün 44 ölkənin liderləri bir arada - YENİLƏNİB 15:08, Bu gün Praqada Əliyevdən nə istəyə bilərlər? - TƏHLİL 15:04, Bu gün “Hindistanın verdiyi silahlar erməniləri məhvə aparır” – Pakistanlı ekspert 15:00, Bu gün Ədəbiyyat üzrə Nobelin qalibi açıqlandı 14:56, Bu gün KTMT regionda sülhün qorunmasına çalışır - Zaxarova  14:52, Bu gün Türkiyə İsrailə səfir TƏYİN ETDİ 14:48, Bu gün Zəngilanda digər kəndlərin də təməli qoyulacaq 14:44, Bu gün Azərbaycanın FIFA referiləri təyinat alıb 14:40, Bu gün Putin sabah MDB liderlərilə görüşəcək 14:36, Bu gün ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək 14:32, Bu gün Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək 14:28, Bu gün Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edildi 14:24, Bu gün Gömrük Akademiyasında estoniyalı nümayəndələrlə görüş keçirilib 14:20, Bu gün Bakıda şirniyyat evi YANDI 14:16, Bu gün Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ 14:12, Bu gün Zakir Həsənovu ittiham edən polkovnik həbs olundu 14:08, Bu gün "Ağılll şəhər"in Skandinaviya modeli araşdırılır 14:04, Bu gün Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib 14:00, Bu gün Dünya mətbuatı Edillidəki kütləvi məzarlıqdan YAZIR 13:56, Bu gün Əli Əsədov Moskvada Zəngəzur dəhlizindən DANIŞDI 13:52, Bu gün Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək 13:48, Bu gün Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir 13:44, Bu gün Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar TUTULDU 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün 734 QHT Edilli məzarlığı ilə bağlı bəyanat yayıb 12:52, Bu gün Uşaq bağçasında dəhşətli hadisə: 36 ölü 12:48, Bu gün Ermənilər Vətən müharibəsində 6 hərbçimizi işgəncə ilə öldürüb 12:45, Bu gün