Arxiv
21 İyun 2021, 17:28 | AKTUAL
Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat

“Azərbaycan - Türkiyə dostluq və qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu qardaşlıq tarixi köklərə, milli - mənəvi dəyərlərə, nəcib amallara arxalanır. “Bir millət iki dövlət”, “Azərbaycan - Türkiyə dostluğu əbədi və sarsılmazdır”, “Sevincimiz, kədərimiz birdir” kəlmələri hər iki xalqın dilinin əzbəridir və bu sözdə deyil əməldə, fəaliyyətdə də özünü aydın göstərir”.


Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat  bildirib ki, Türkiyə Prezidenti Tayyib Ərdoğanın Azərbaycan xalqı üçün unudulmaz bir gün olan Milli Qurtuluş Günündə ölkəmizə səfəri tarixi bir hadisədir.


“Qardaş ölkənin rəhbərinin işqğaldan azad olunmuş Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşaya getməsi, orada Azərbaycan - Türkiyə münasibətlərinə böyük töhvə verəcək sənədlərin imzalanması bu səfərin əhəmiyyətini artırmaqla, dostluğumuzun yenilməzliyinə, əbədi olmasına bir sübutdur. Bu, 44 günlük müharibədə olduğu kimi, imzalanmış sənədlərdə də özünün aydın ifadəsini tapır. İyunun 16-da isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Parlamentində tarixi çıxış etdi. Cənab Ərdoğan özünün parlaq nitqində Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Zəfərinin önəmi, bu zəfərdən sonra regionda yaranmış yeni əməkdaşlıq imkanlarından bəhs etdi, eləcə də Ermənistanı öz qonşuları ilə normal əməkdaşlıq etməyə çağırdı”.


Millət vəkilinin sözlərinə görə, qardaş dövlətin başçısı Qarabağ Zəfərinin müstəna rolunu və Türkiyənin verdiyi mənəvi-siyasi dəstəyi xüsusi vurğulayıb. 


“Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu. Bütün tarixi dövrlərdə bir-birinin yanında olan Azərbaycan və Türkiyə müqəddəs Vətən müharibəsi dövründə həmrəylik nümayiş etdirdi,  Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer aldı.

Cənab Ərdoğan çıxışında dünyaya da çağırış edərək vurğuladı ki, beynəlxalq ictimaiyyət həqiqətləri bilməlidir. Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyənlər gəlib Qarabağda iki dönəm arasındakı fərqə baxmalıdır”.


Deputatın sözlərinə görə, Türkiyə - Azərbaycan arasındakı çoxsahəli əlaqələr, strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr göstərir ki, dövlətlərimizin strateji əməkdaşlığı regionun təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir və mühüm önəm daşıyır. Müttəfiqlik münasibətləri haqqında Şuşada imzalanmış tarixi sənəd hər iki dövlətin bundan sonra da çiyin - çiyinə olacağına, ölkələrimizin təhlükəsizliyi üçün birgə mübarizə aparılacağına zəmanət olmaqla bərabər, regionda sülhün - əmin-amanlığın bərqərar edilməsinə göstərilən inamlı təşəbbüsdür. Türkiyə Prezidenti dəfələrlə xatırladıb ki, Azərbaycan yalnız deyil, Türkiyə bundan sonra da Azərbaycanın yanındadır. Bu dünyaya  önəmli  bir mesaj idi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25 Onlayn "patı" satan şəxs saxlanıldı - VİDEO 31 İyul 2021, 14:23