Modern.az

Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI

Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI

21 İyun 2021, 17:37

“30 il ərzində Qarabağ inkişafdan məhrum edilib, heç bir tərəqqi olmayıb. Ermənistan 3 min dini və mədəniyyət abidəsi daxil olmaqla, hər şeyi məhv edib. Azad olunmuş ərazilərə səfər edən bütün xarici qonaqlar bu görünməmiş barbarlığı görüblər”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun yay sessiyasında söyləyib.

 

K.Cəfərov bildirib ki, Qarabağa bir də indi baxın. Qarabağ bu gün milyonlarla azərbaycanlı məcburi köçkün üçün yüksələn rifah və ümid  ocağına çevrilib:

 

“Qarabağın yenidən qurulmasına milyardlarla avro sərmayə yatırılıb. ABŞ, Çin, İtaliya, Türkiyə, İsrail, İngiltərə və digər ölkələrdən xarici şirkətlər artıq Qarabağda inkişafın müxtəlif sahələrində fəaliyyətə başlayıblar.

“XXI əsrin Hirosiması” adlandırılan Ağdamın baş planı artıq təsdiqlənib. Füzulidən Şuşaya gedən “Zəfər yolu”, eləcə də Füzulidən Cəbrayıl və Hadruta gedən yollar tikilməkdədir. Füzuli, Zəngilan və Laçında yeni beynəlxalq hava limanları tikilir.

Azərbaycan Prezidenti İlham Əliyev şəxsən Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin təməl daşını  qoydu. Bu innovativ layihə, BMT-nin davamlı inkişaf hədəflərinə çatmaq üçün ən mühüm vasitələrdən biri hesab edilir.

Siz bilməlisiniz ki, biz Qarabağı sıfırdan qururuq və azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür. Pənahəli Xan öz dövründə Qarabağın təməlini qoydu, tikdirdi. Azərbaycanın onun qurduğu diyarı yenidən dirçəldəcəyinə şübhə ola bilməz”.


“Əsas problemimiz minalardır. Müharibədən sonra ərazilərimizə daxil olmuş erməni təxribatçı qrupunun saxlanılmış üzvlərindən 15 nəfərini təkcə Ağdamda yerləşdirilmiş 97 min mina xəritəsi ilə mübadilə etdik.

Xatırlayırsınızsa, yaz sessiyasında Ermənistan nümayəndə heyəti bu cür xəritələrin mövcudluğuna etiraz edirdi. Bir neçə həftə əvvəl bu minalar 2 jurnalist və 1 dövlət qulluqçusunun ölümünə səbəb oldu. Ümumilikdə, erməni minalarından bu günə qədər 144 nəfər həyatını itirib və ya yaralanıb.

Bu müharibə cinayətidir, bu beynəlxalq humanitar hüququn və ötən il imzalanmış üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.

Həmkarlarımdan bütün mina xəritələrini təhvil verməsi üçün Ermənistana təzyiq göstərmələrini xahiş edirəm”, -deyə K. Cəfərov AŞPA üzvlərinə çağırış edib.
 

Aysel Məhərrəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi