Arxiv
22 İyun 2021, 17:55 | AKTUAL
Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir

Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz koronavirusla effektiv mübarizəyə xidmət edir.

 

Ölkədə mövcud olan müasir laboratoriyaların sayını artırmaqla, son bir neçə ay ərzində koronavirusa görə testlərin sayı əhəmiyyətli dərəcədə artırılıdı. Azərbaycan həm də qısa müddətdə koronavirusa qarşı vaksin alan və əhali arasında kütləvi peyvnədləməyə start verən ölkələrdəndir. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycan bu prosesə başladı. Bu, dövlətin öz vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi önəmin təzahürü idi.

 

Dünyanın bir çox ölkəsində vaksinasiya prosesinə başlanılsa da, daha çox ölkə hələ ki, prosesdən kənarda qalıb. Qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur. Ümid edirik ki, vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edər və prosesə sürətli şəkildə qoşularlar. Yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30%-i vəba xəstəliyindən həyatlarını itirib. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib. 1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə düşüb. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olub. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

 

Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.Əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur və uğurla həyata keçirilməkdədir.

 

Ülvi Heydərov

Şuşa Rayon İcra Hakimiyyəti

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda "patı" satanlar saxlanıldı 3 Avqust 2021, 11:40 “Bunlar cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir” 3 Avqust 2021, 11:38 “Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” – Komitə sədri 3 Avqust 2021, 11:37 Vilyam Hacıyev məhkəmə qarşısına çıxarılır 3 Avqust 2021, 11:30 “Uğurlarımıza kölgə salınmasına icazə verməməliyik”  - Deputat 3 Avqust 2021, 11:26 “Deputatların şərəfli adını qorumalıyıq” - Eldar İbrahimov 3 Avqust 2021, 11:22 Karantini pozan restoran icarədarı həbs edildi - FOTO 3 Avqust 2021, 11:19 Kamran Əliyev deputatın polisi döyməsindən danışdı - VİDEO 3 Avqust 2021, 11:16 Yeni dövlət standartı təsdiq edildi 3 Avqust 2021, 11:14 Ermənistanın yeni spikeri fahişəliyin leqallaşdırılmasını DƏSTƏKLƏYİB 3 Avqust 2021, 11:10 Müəllim olmaq istəyənlər üçün vakansiya seçimi başladı 3 Avqust 2021, 11:07 Baş prokuror Eldəniz Səlimova görə Milli Məclisə gəldi 3 Avqust 2021, 11:05 “İslahat dalğası bu gün də davam edir” - Deputat 3 Avqust 2021, 11:03 Milli Məclisin növbədənkənar iclası BAŞLADI 3 Avqust 2021, 11:00 Erməni idmançı Olimpiadadan qovuldu 3 Avqust 2021, 10:58 Bakıda 8 yeni məktəb inşa olunur - FOTO 3 Avqust 2021, 10:54 Cinayətlərin artması pandemiya ilə bağlıdır? - Gizli səbəblər 3 Avqust 2021, 10:50 Gömrükdə “Tramadol” əməliyyatı 3 Avqust 2021, 10:46 Azərbaycan nefti yenidən ucuzlaşdı 3 Avqust 2021, 10:41 Arvadını öldürən hakimin işi məhkəməyə GÖNDƏRİLDİ 3 Avqust 2021, 10:38 Ermənilər Laçın dəhlizindəki yolun təmirinə başladı – FOTO 3 Avqust 2021, 10:33 “Azəriqaz” “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək 3 Avqust 2021, 10:30 Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı 3 Avqust 2021, 10:25 Koronavirus xəstəsi çayxanada yaxalandı 3 Avqust 2021, 10:23 İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI 3 Avqust 2021, 10:22 Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil” 3 Avqust 2021, 10:19 Gəncə Dövlət Universitetinin məzunu yüksək bal topladı 3 Avqust 2021, 10:15 Xaricdə doktorantura təhsili almaq istəyənlərin NƏZƏRİNƏ 3 Avqust 2021, 10:10 Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi 3 Avqust 2021, 10:04 Yeni qatarlar bu gün xəttə BURAXILDI 3 Avqust 2021, 09:58 Köçəri quşlar Azərbaycandan niyə yan uçur? 3 Avqust 2021, 09:52 BMT-dən qlobal fəlakət barədə XƏBƏRDARLIQ 3 Avqust 2021, 09:46 Bu gün narazı müəllim namizədlər imtahan verəcək 3 Avqust 2021, 09:40 Yaşa görə pensiyaya çıxanların sayı AÇIQLANDI 3 Avqust 2021, 09:34 Həyət toylarında reyd - 2736 nəfər şənliyə buraxılmadı 3 Avqust 2021, 09:30