Modern.az

Teymur Rəcəbov bu dəfə 9-cu oldu

Teymur Rəcəbov bu dəfə 9-cu oldu

22 İyun 2021, 22:33

Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi iyunun 22-də başa çatıb.

 

Modern.az xəbər verir ki, şahmatçımız ikinci mərhələnin blits turnirində yekun nəticəyə görə 9-cu olub. Turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub.

 

Qeyd edək ki, iyunun 18-20-də “Grand Chess Tour”un ikinci mərhələsinin rapid yarışlarında da Uesli So birinci yeri tutub. Həmin turnirdə isə şahmatçımız səkkizinci nəticəni göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı