Arxiv
24 İyun 2021, 13:40 | AKTUAL
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, eləcə də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

 

Azad edilmiş torpaqlarda mina və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində görülən işlərin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupunda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyəti üzrə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub.

 

Müəyyənləşdirilən prioritetlərə əsasən infrastruktur, nəqliyyat, həmçinin əkin sahələrinin minalardan təmizlənməsi işləri barədə məlumatlar verilib.

 

İşçi Qrupun iclasında minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində fəaliyyət, mina qurbanları riskinin qarşısının alınması məqsədilə qeyri-hökumət təşkilatlarının maarifləndirmə işlərinin aparılmasına cəlb edilməsi və bu sahəyə dair Maarifləndirmə və Təlim proqramı hazırlanmaqla “Train-the-trainer” proqramının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

 

Eləcə də, dövlət strukturlarının bu sahədə fəaliyyətinin media vasitəsilə ictimaiyyətə çatdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün kütləvi xəbərdaredici və maarifləndirici təbliğatın davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan diasporu Oxçuçay fəlakətini dünyaya çatdırır  27 İyul 2021, 13:53 Mətbuat Şurası jurnalistin vəfatı ilə bağlı nekroloq yaydı 27 İyul 2021, 13:50 Yeni metro qatarları bu istiqamətdə xəttə buraxılacaq 27 İyul 2021, 13:45 Gömrükdə dollar əməliyyatı - FOTOLAR  27 İyul 2021, 13:40 Azərbaycanlı gənc 6 nüfuzlu universitetə qəbul oldu 27 İyul 2021, 13:35 Prezident Pakistan parlamentinin sədrini qəbul etdi 27 İyul 2021, 13:30 Narazı namizədlərə təkrat imtahan keçiriləcək 27 İyul 2021, 13:26 Amerikalı qubernator İlham Əliyevin qəbulunda - FOTOLAR 27 İyul 2021, 13:22 Sabahın hava PROQNOZU 27 İyul 2021, 13:16 Rövşən Rzayev israilli iş adamları ilə görüşüb 27 İyul 2021, 13:10 Üç ölkənin parlament sədrləri Şəhidlər xiyabanında 27 İyul 2021, 13:04 Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK: Moskva qərar verəcək 27 İyul 2021, 13:01 “Görülən işlər dövlətimizin iqtisadi qüdrətini göstərir” 27 İyul 2021, 12:56 Bakıdakı universitetlər Qarabağa köçürülsün?!  27 İyul 2021, 12:50 Elektron qolbaq daşıyan məhkum oğurluq etdi 27 İyul 2021, 12:44 Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır” 27 İyul 2021, 12:38 Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53