Arxiv
27 İyun 2021, 16:10 | DÜNYA
Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il iyunun 20-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 21-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri, cavab kartının və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər. Namizəd və iddiaçılar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanlarda 1249 namizəd və iddiaçı (999 nəfər doktoranturaya qəbul, 244 nəfər fəlsəfə doktoru, 6 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. Ümumilikdə 29 nəfər imtahana gəlməyib.

 

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 424 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

 

41 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xatırladaq ki, bundan əlavə, DİM-ə xarici dil üzrə qüvvədə olan müvafiq beynəlxalq dil sertifikatını təqdim etmiş 20 nəfər namizəd xarici dil imtahanından azad olunub.

Məlum olduğu kimi, müvafiq qurumlarla razılaşdırılmaqla, doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

 

Qeyd edək ki, namizəd və iddiaçıların imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı (və ya vizual məlumatın təsviri) isə maksimum 10 balla qiymətləndirilir. Hər blok üzrə minimum bal məhdudiyyəti – 20% (doktorantura və dissertanturaya qəbul imtahanı üçün esse yazısı üzrə bal məhdudiyyəti ləğv edilib).

 

Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 30 iyun 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

 

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2021-ci il 28-29 iyun tarixlərində DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 14:04 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:57 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:41 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30 DSX dənizdə taktiki təlimlər keçirdi - FOTOLAR 16 Sentyabr 2021, 12:24 Putin Ermənistana səfər edəcək 16 Sentyabr 2021, 12:22 Məktəblərdə imtahanların sayı azaldılır - Kurikulum sadələşdirilir 16 Sentyabr 2021, 12:20 Türkiyəyə getmək istəyən jurnalistlər üçün fürsət 16 Sentyabr 2021, 12:15 Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır 16 Sentyabr 2021, 12:12 Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib   16 Sentyabr 2021, 12:10 Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi 16 Sentyabr 2021, 12:09 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət edilib - SƏBƏB 16 Sentyabr 2021, 12:06 Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirildi - FOTOLAR 16 Sentyabr 2021, 12:04 Rüfət Aslanlı özünə yeni şirkət yaratdı 16 Sentyabr 2021, 12:01 Bakıda 29 yaşlı gənc qətlə yetirildi 16 Sentyabr 2021, 11:57 Şerimin vəzninə bənzər Xəzərin dalğaları... 16 Sentyabr 2021, 11:55 Agentlik sədri: “193 min şəxsin əlillik müddəti bitib” 16 Sentyabr 2021, 11:54 29 qazi üçün xaricdən protez gətiriləcək 16 Sentyabr 2021, 11:54 İbtidai siniflərdə dərsliklər yenilənəcək 16 Sentyabr 2021, 11:52 Quba polisi narkotacirləri yaxaladı - FOTOLAR 16 Sentyabr 2021, 11:46 Protezlə təmin olunan qazilərin sayı AÇIQLANDI 16 Sentyabr 2021, 11:46
SORĞU Hansı vaksinə etibar edirsiniz?