Modern.az

Sülhməramlılar ermənilərə su çəkir - FOTO

Sülhməramlılar ermənilərə su çəkir - FOTO

Qarabağ

30 İyun 2021, 23:59

"Rusiya sülhməramlı kontingentinin hərbçiləri atəşkəsin monitorinqi və Dağlıq Qarabağdakı sərhəd xəttinə yaxın yaşayış məntəqələrinin infrastrukturunun bərpa işlərinin təhlükəsizliyini təmin etmək vəzifələrini yerinə yetirirlər".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

"Martuni (Xocavənd - red.) bölgəsində təhlükəsizliyi təmin edərkən, Rusiya sülhməramlıları bir neçə yaşayış məntəqəsini su ilə təmin etmək üçün magistral su xətti çəkmək üçün bərpa işləri aparırlar.

Boru kəmərinin Tagavard qəsəbəsinə, eləcə də yaxın yaşayış məntəqələrinə çəkilməsinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür. İşlər bitdikdən sonra sakinlər içməli su ilə təmin ediləcəklər" - açıqlamada deyilir.

 

Bildirilib ki, yerli sakinlər iş zamanı təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzi ilə əlaqə saxlayıblar: "Çünki su və boru kəməri marşrutu təmas xəttinin yaxınlığında yerləşir. Bərpa işlərinin aparıldığı yerdə rusiyalı minaaxtaranlar ətrafı yoxladılar və partlayıcı maddələr axtardılar, bundan sonra mühəndis avadanlıqlarının işinə icazə verdilər.

Boru kəməri dəyişdirildikdən sonra Martuni bölgəsinin 4000-dən çox sakini içməli su ilə təmin ediləcəkdir".

 

Xatırladaq ki, Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin birgə bəyanatına uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən Azərbaycanın Yuxarı Qarabağ bölgəsində bütün hərbi əməliyyatlar dayandırılıb.

Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşdirilib.

 

Turan ASLAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır