Modern.az

Bakıdan İrəvana uçan erməni hərbçilərin adları açıqlandı - VİDEO

Bakıdan İrəvana uçan erməni hərbçilərin adları açıqlandı - VİDEO

3 İyul 2021, 22:54

Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni məhbusun adları məlum olub.

 

Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, erməni hərbçilərinin olduğu təyyarə Bakıdan İrəvana uçub.

 

Həmin erməni hərbçilərin adlarını təqdim edirik:

 

1.Akopyan Volodya Qagikoviç

2.Asatryan Gevorq Norayroviç

3.Qasparyan Qor Vaqramoviç

4.Yenqoyan Sisak Qrişayeviç

5.Karapetyan Yuri Tiqranoviç

6.Maxtesyan Edqar Vaçaqanoviç

7.Minasyan Aram Qarnikoviç

8.Minasyan Mkrtıç Simonovi

9.Petrosyan Albert Kamoyeviç

10.Poqosyan Armen Yeqizaroviç

11.Sedrakyan Romik Misakoviç

12.Sefilyan Kamo Karenoviç

13.Aslanyan Egişe Ohannesoviç

14.Gevorkyan Robert Ovikoviç

15.Manukyan Andranik Tiqranoviç

 

Məlumata görə, onları Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edib.

 

Bunlardan 12 nəfəri 2020-ci il noyabr ayının sonunda Xocavənddə həbs erməni hərbçiləridir. Bir gün əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən "Azərbaycanın dövlət sərhədini pozmaq" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmişdilər. Digər ittihamlar ləğv edilib.

 

"Sputnik Ermənistan" yazır ki, Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun səyləri sayəsində siyahıda Bakı məhkəməsi tərəfindən məhkum edilmiş 12 Ermənistan vətəndaşından əlavə daha üç hərbi əsir yer alıb. Məhz bu 3 hərbçi ilə bağlı aparılan danışıqlara görə təyyarənin Bakıdan yola salınması təxirə salınıb...

 

Xatırladaq ki, daha əvvəl 15 erməni hərbçidən ibarət əvvəlki qrup iyunun 12-də Ermənistana qayıdıb. Erməni hərbçilərinin təhvil verilməsi Azərbaycan-Gürcüstan sərhədində olub. Onda Ağdamın mina xəritələri Azərbaycan tərəfinə təqdim edilmişdi.

 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?