Modern.az

Kanadada anomal istilər: şəhərcik yer üzündən silindi

Kanadada anomal istilər: şəhərcik yer üzündən silindi

Dünya

4 İyul 2021, 12:58

Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində görünməmiş isti hava ilə əlaqədar 700-dən çox insanın ölümü qeydə alınıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib. Onun sözlərinə görə, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb. Bu, analoji dövrlə müqayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.

 

Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü