Arxiv
5 İyul 2021, 12:16 | DİASPOR
“44 günlük müharibə dövründə diasporun necə işlədiyini gördük” - Deputatlar

Azərbaycan müstəqillik əldə etdikdən bəri dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib.


Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun potensialını səfərbər etmək, bir sözlə, Azərbaycanı gerçəkdən 50 milyon azərbaycanlının and yerinə çevirmək, dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin qayəsini təşkil edib.

 

Bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 19 ili tamam olur.

 

Milli Məclisin deputatları Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsin fəaliyyətini necə qiymətlədirir?
Millət vəkilləri Modern.az-ın sualını cavablandırıblar.


Deputat Aqil Abbas bildirib ki, əvvəllər hətta müxalif və iqtidar diasporları vardı, indi bu problemlər həll olunub:


“Son zamanlar kadr dəyişikliyi başladıqdan sonra diaspor fəaliyyətində yeni dövr başladı. Fuad Muradov özü də bu işdə peşəkar və enerjilidir. Həmçinin, kollektiv də çox yaxşı formalaşıb. Əvvəllər diaspor fəaliyyətində ciddi problem vardı. Hansısa şəhərdə birinin təşkil etdiyi tədbirə o biri getmirdi. İndi demək olar ki, belə hallar aradan qaldırılıb. Biz bunu 44 günlük müharibə dövründə də gördük. Dünyanın hər yerindəki diaspor təşkilatları Azərbaycan reallıqları üçün ayağa qalxmışdı. Bu günlərdə Türkiyədə “Azərbaycan evi” açıldı. Almaniyada, Fransada və digər ölkələrdə bizim diaspor təşkilatlarımız aktiv fəal fəaliyyət göstərir. Onlar da düşmənə başqa cür siyasi zərbələr vururlar. Həmçinin, mətbuatla çox yaxşı işlər görülür. Hər gün diasporun fəaliyyəti demək olar ki, işıqlandırılır. Əvvəl belə bir şey yox idi. Harda nə iş, nə tədbir görüldü ictimaiyyət məlumatlandırılır.

Qardaş ölkə Türkiyə ilə birgə işlər bizim fəaliyyətimizi daha da gücləndirib. İki ölkənin təmsilçiləri bir millətin diasporu olaraq fəaliyyət göstərir. Bu da bizim işlərimizi daha da səmərəli edir”.

 

Deputat Vahid Əhmədov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır:

 

“Dünya azərbaycanlıları ilə əlaqə qurmaq, onların hüquqlarını müdafiə etmək, o cümlədən Azərbaycanın problemlərini dünyaya çatdırmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması çox vacib idi.
Hazırda komitəyə rəhbərlik edən Fuad Muradov kifayət qədər təcrübəli şəxsdir. İndi gördüyü işləri də çox yüksək qiymətləndirmək olar. Sədr seçiləndən sonra faktiki olaraq bütün ölkələrdə olan diaspor təşkilatları əlaqəli işləyirlər. Mütəmadi olaraq müəyyən məsləhətləşmələr, islahatlar aparılır. Ona görə də, bu əməyi yüksək qiymətləndirmək olar.  Bu komitənin işini qurmaq o qədər də asan məsələ deyil. Hər bir bölgədə fəaliyyət göstərən qrupları birləşdirmək, dövlətin apardığı siyasəti tətbiq etmək və s. çox vacib məsələdir.

Amma fəaliyyət daha da gücləndirilməlidir. Elə dövlətlər var ki, orda hələ də problemlərimiz var. Çalışmaq lazımdır ki, hər bir dövlətdə diasporu bir yumruq altında birləşdirək”.
 

Deputat Sevil Mikayılova deyib ki, hazırda bütün dünya azərbaycanlılarını bir amal birləşdirir, bu da azərbaycançılıq ideyasıdır:

 
“Dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimiz məhz bu ideyanın ətrafında sıx birləşərək, ölkəmizi xaricdə təmsil edirlər. Müstəqillik qazandıqdan sonra Azərbaycan diasporunun xarici ölkələrdə formalaşması və təşkilatlanması istiqamətində böyük işlər görülüb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmində həyata keçirdiyi əsas siyasi xətlərdən biri məhz xaricdə yaşayan azərbaycanlıların birləşdirilməsi, diaspor fəaliyyətinin gücləndirilməsi və bütün azərbaycanlıların vahid evi olan Azərbaycanla əlaqəsinin təmin edilməsi idi.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu işlər daha mükəmməl şəkildə davam etdirilib, bunun nəticəsində güclü Azərbaycan halqası yaranıb. Biz bu möhtəşəm həmrəyliyin 44 günlük müharibə dövründə şahidi olduq. Erməni təcavüzünə qarşı xaricdə təşkil olunmuş etiraz aksiyaları, Azərbaycanın ədalətli mübarizəsinə dəstək bunun sübutudur. Vətən torpaqları uğrunda apardığımız müharibə dönəmində harada olmasından asılı olmayaraq, bütün azərbaycanlıların ürəyi Azərbaycanla döyünürdü. Bu heç sözsüz, uzun illər aparılmış miqyaslı işin, düşünülmüş siyasətin məntiqi nəticəsidir. Əminik ki, bundan sonra da Azərbaycan diasporu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında vahid Azərbaycan ətrafında sıx birləşərək, ölkəmizin müsbət imicinin formalaşdırılması üçün çox böyük işlər görəcək”.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalist Elnur Əşrəfoğlunun son vəziyyəti AÇIQLANDI 27 Sentyabr 2021, 11:54 Bakıda hərbçilərin yürüşü BAŞLADI 27 Sentyabr 2021, 11:51 Yaxın günlərdə Tağıyevin heykəlinin açılışı olacaq - Eldar Əzizov 27 Sentyabr 2021, 11:45 Gülüstan Əliyeva 30 ildən sonra ərinin Cəbrayıldakı məzarını tapdı - FOTOLAR 27 Sentyabr 2021, 11:44 Türk Şurasının XİN rəhbərləri şəhidləri yad ediblər 27 Sentyabr 2021, 11:43 “27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu” - Ceyhun Bayramov 27 Sentyabr 2021, 11:38 Zakir Həsənov II Fəxri xiyabanı ziyarət etdi 27 Sentyabr 2021, 11:34 Almaniyada hökumət necə qurulacaq? – 3 mümkün ssenari AÇIQLANDI 27 Sentyabr 2021, 11:32 Səyyad Əlizadənin kürəkəni: “Həkimlər əlindən gələni edir, amma...” 27 Sentyabr 2021, 11:27 Xalq qəhrəman şəhidlərini yad edir - FOTOLAR 27 Sentyabr 2021, 11:26 Transgender deputat seçildi - FOTO 27 Sentyabr 2021, 11:23 ABŞ səfiri şəhidlərimizi ziyarət etdi 27 Sentyabr 2021, 11:20 Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti 27 Sentyabr 2021, 11:14 Qanunsuz işləyən süd qəbulu məntəqəsini BAĞLANDI 27 Sentyabr 2021, 11:08 Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03
SORĞU Hansı vaksinə etibar edirsiniz?