Modern.az

Sevil Əliyeva - Prezidentin bacısı, 57 yaşlı şərqşünas, bəstəkar - FOTOLAR

Sevil Əliyeva - Prezidentin bacısı, 57 yaşlı şərqşünas, bəstəkar - FOTOLAR

12 Oktyabr 2012, 08:30

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. Modern.az saytının məlumatına görə, Sevil Əliyevanln 57 yaşı tamam olur.

Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.

1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

Bir qızı, iki oğlu var.

Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də Space” Televiziyasının qurucusudur.

S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Azərbaycan və Türkiyə mediası zaman-zaman S.Əliyevanın Londondan Bakıya qayıdaraq siyasətə qoşulacağı, YAP-dan uzaqlaşdırılan sabiqlərdən ibarət müxalifət partiyası yaradaraq, ona rəhbərlik edəcəyi barədə məlumatlar yaysa da, bu, baş verməyib.
Sevil Əliyevanın özü də bir dəfə mətbuata açıqlamasında belə xəbərlərə nöqtə qoyub: “Mən siyasətlə məşğul olmağı düşünmürəm”.
Həmin açıqlamasında o hər hansı partiyaya rəhbərlik edəcəyi barədə məlumatları da təkzib edərək bildirib: "Burada, Londonda mənim ailəm var, mənim məşğuliyyətim var. Bunları dəyişmək fikrində deyiləm, xüsusilə də siyasətə. Mən valideynlərimin xatirəsini əziz tuturam. Azərbaycan prezidenti olan qardaşım, onun ölkə və Azərbaycan xalqının rifahı üçün atamın siyasətini davam etdirməsi ilə fəxr edirəm".

2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın yeni, hələlik sonuncu musiqi albomu təqdim olunub. O, öz bəstələrindən ibarət instrumental albomunu mərhum valideynlərinin - atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr edib. Albom “Ze qaleri of Sevil” adlanır. Klassik və caz musiqilərinin toplandığı albomun ərsəyə gəlməsində Rusiya simfonik orkestri, dünyanın məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksafon ifaçısı İqor Butman birliyi iştirak edib.
Albom Londonun “Əbbe Roud” studiyasında yazılıb.














A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı