Arxiv
23 İyul 2021, 12:00 | ƏDƏBİYYAT
Ömrünü Məmməd Araza fəda edən QADIN...

“Məmməd Arazın xanımı şair xəstə olarkən şeirlərinin əl yazmaya alınmasında böyük dəstək göstərib”.

 

Bunu Modern.az-a “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Məmməd Arazın ailəsi ilə bağlı xatirələrini bölüşərkən deyib.

 

O bildirib ki, Xalq şairi Məmməd Arazın ailəsini 1980-ci illərdən tanıyır.

 

“Xanımı hər zaman Məmməd Araza diqqət və qayğı göstərib. Şair xəstə olarkən onun şeirlərinin əl yazmaya köçürülməsini məhz xanımı edirdi. Ağdamda, bizim evimizdə Məmməd Arazla birgə qonaq olmuşdular, Şuşaya, İsa bulağına getmişdik. Gülxanım xanım Azərbaycanın fədakar qadınlarından idi, Məmməd Araz üçün ömrünü fəda etmişdi.  Şairin vəfatından sonra onun əsərlərinin təbliğində, çap olunmamış şeirlərinin tərtib edilməsində Gülxanım Fətəliqızının böyük rolu olub. Məmməd Araz xanımına da şeirlər yazmışdı, o şeirlərdən biri yadıma düşdü:

 

Çox tozanaq atlını təmkin atınla keçdin,

Sel boğan dərələri  bir mərd qadınla keçdin.

Bütün keçilməzliyi, Vətən, adınla keçdin

Haqqın var, Məmməd Araz

Haqqın var yaşamağa!

Allah hər ikisinə rəhmət etsin”.

 

Xatırladaq ki, ötən gün Azərbaycanın Xalq şairi Məmməd Arazın xanımı Gülxanım Fətəliqızı dünyasını dəyişib. Mərhum bu gün Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Eks-deputatın oğlu küçənin ortasında güllələndi 24 Sentyabr 2021, 11:11 Ekspertdən fərqli baxış: Pandemiya cinayətləri azaldır - DİN reaksiya verdi 24 Sentyabr 2021, 11:10 NATO-nun yeni hədəfi Çindir 24 Sentyabr 2021, 11:05 Yaşayış yerini tərk etmiş koronavirus xəstəsi olan tibb işçisi saxlanıldı 24 Sentyabr 2021, 11:00 Şəhidlərin məzarı ziyarət olunub 24 Sentyabr 2021, 10:56 Ağdamın Ətyeməzli kəndi - VİDEO 24 Sentyabr 2021, 10:55 Avqustda pensiya alanların SAYI 24 Sentyabr 2021, 10:50 Azərbaycanda bu institutun adı dəyişdirildi 24 Sentyabr 2021, 10:46 Ceyhun Bayramov xarici işlər nazirlərinin illik toplantısında çıxış etdi  24 Sentyabr 2021, 10:40 “Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” 24 Sentyabr 2021, 10:35 Ermənistan məğlubiyyətin günahkarlarını axtarır - Arayik və Cəlal Arutunyanlar həbs oluna bilər 24 Sentyabr 2021, 10:32 Karantin qaydalarını pozan toy təşkilatçısı cərimələndi 24 Sentyabr 2021, 10:30 Azərbaycan neftinin qiyməti 78 dolları ötdü 24 Sentyabr 2021, 10:26 Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq 24 Sentyabr 2021, 10:22 Salyanda narkotik alverçiləri ələ keçdi 24 Sentyabr 2021, 10:16 Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşənlərin axtarışına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30
SORĞU Hansı vaksinə etibar edirsiniz?