Modern.az

Bakıda yazılan tarix Tokioda təkrarlandı

Bakıda yazılan tarix Tokioda təkrarlandı

Aktual

25 İyul 2021, 16:59

Tokio-2020 Yay Olimpiya Oyunlarında maraqlı hadisə yaşanıb.

 

Modern.az-ın məlumatına görə, eyni gündə tatamı üzərinə çıxan bacı və qardaş qızıl medal qazanıb.

 

 

Yarım saatdan az intervalla çempionluq yaşayan Yaponiya təmsilçiləri öz çəkilərində hegemonluğu davam etdiriblər. 21 yaşlı Uta Abe qadınların 52 kq, ondan üç yaş böyük olan Hifumi isə kişilərin 66 kq çəkidə hamıdan güclü olduğunu göstərib.

 

Bu, Abelərin eyni gündə çempionluq yaşadığı ilk hadisə deyil. Onlar üç il əvvəl də belə tarixi nailiyyət əldə edib. Bacı və qardaş Bakıda keçirilən dünya çempionatında qısa zaman kəsiyində iki finalda qalib olub.

 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır