Modern.az

“Bu qanunla əlimiz-qolumuz bağlandı” - İran prezidenti

“Bu qanunla əlimiz-qolumuz bağlandı” - İran prezidenti

25 İyul 2021, 23:33

İran Prezidenti Həsən Ruhani ölkəsinə qarşı ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaların ləğv edilməməsinə görə İran Məclisini günahlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

 

Bildirilib ki, Prezident Həsən Ruhani ölkəsindəki iqtisadi vəziyyəti dəyərləndirib:

 

“Məclis nüvə haqqında qanunu qəbul edərək, bizə əngəl olmasaydı, keçən ilin sonundan etibarən sanksiyalar ləğv edilmişdi. Qəbul edilən qanunla əlimiz-qolumuz bağlandı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?