Modern.az

Azərbaycanı qeyri-sabit hava bu tarixədək davam edəcək

Azərbaycanı qeyri-sabit hava bu tarixədək davam edəcək

Aktual

Bu gün, 10:40

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Modern.az xəbər verir ki, Nazirlik Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən bildirib ki, iyunun 24-ü axşamdan 29-dək ölkənin ayrı-ayrı ərazilərində intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Bununla əlaqədar FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Bildirilib ki, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, təhlükə yaranacağı təqdirdə dərhal yüksək əraziyə çəkilmək vacibdir.

Nazirlik həmçinin ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefonla danışmamağı, açıq ərazidə elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanmamağı tövsiyə edib. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın keçməsini gözləmək məsləhət görülüb.

FHN vurğulayıb ki, təhlükəsizlik qaydalarına əməl edilməməsi insan həyatı üçün ciddi risk yarada bilər.

Nazirlik fövqəladə hadisə ilə qarşılaşan vətəndaşlara 112 qaynar xətti ilə əlaqə saxlamağı tövsiyə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!