Sabirabad rayonunda sosial şəbəkədə canlı yayım zamanı cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Modern.az xəbər verir ki, rayon sakini, 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə "TikTok" platformasında açdığı canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir və qeyri-etik ifadələr işlədib.
Araşdırmalar nəticəsində onun hərəkətlərinə hüquqi qiymət verilib və barəsində inzibati tədbir görülüb.
Məhkəmənin müvafiq qərarı ilə Mirabbas Xuduzadə inzibati qaydada həbs edilib. Hüquq-mühafizə orqanları vətəndaşlara sosial şəbəkələrdə etik davranış qaydalarına riayət etməyin vacibliyini bir daha xatırladıblar.