Bu gün Məhərrəm ayının 9-cu günü olan Tasua günüdür. Bu münasibətlə İslam dünyasında İmam Hüseyn və onun səhabələrinin xatirəsinə matəm mərasimləri keçirir.
Modern.az-ın məlumatına görə, Tasua günü şiələr üçün xüsusi dini əhəmiyyət daşıyır. Şiə ənənəsində bu gün əsasən Həzrət Abbasın günü kimi yad edilir. Onun fəzilətləri xatırlanır, mərsiyələr oxunur və matəm mərasimləri keçirilir. Bir çox möminlər Tasuaya Aşura qədər önəm verir.
“Tasua” sözü ərəb dilindəki “tisə” (doqquz) kökündən yaranıb və “doqquzuncu” mənasını verir. Lakin günün əsl önəmi Kərbəla faciəsi ərəfəsində baş verən hadisələrlə bağlıdır.
Tasua İmam Hüseyn və səhabələrinin Aşura faciəsindən əvvəl keçirdikləri son gün və son gecə kimi tarixə düşüb. Bu gecə Kərbəla qəhrəmanlarının şəhadətə hazırlaşdığı, dua və ibadətlə keçirdiyi son gecə hesab olunur. Növbəti gün – Məhərrəm ayının 10-u isə Aşura günü baş verir və Kərbəla faciəsi yaşanır.