Modern.az

Qəbul imtahanında ən yüksək balı onlar topladı - FOTOLAR

Qəbul imtahanında ən yüksək balı onlar topladı - FOTOLAR

Təhsil

29 İyul 2021, 08:24

2021-2022-ci tədris ili üçün II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan iki nəfər - Salyan rayonu, 3 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 192 saylı orta məktəbin məzunları göstəriblər.

 

Salyan rayonu, 3 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

 

II ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyent Əflan Bədəlovdur. O, 3 qat respublika fənn olimpiadasının qalibidir.

 

192 nömrəli tam orta məktəbin məzunu Mirsaleh Məmmədov da rekorda imza atıb. Ümumilikdə 670 bal toplayan abituriyent iki dəfə respublika fənn olimpiadalarında iştirak edib, gümüş və bürünc medal mükafatçısıdır.

 

 III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni Sumqayıt şəhəri, 21 saylı orta məktəbin məzunu Fuad Quliyev göstərib.  O, imtahanın II mərhələsində 385.2 bal, I mərhələsində isə 294.8 bal, toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 680 baldır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...