Modern.az

Nəticəsindən narazı olan abituriyentlərin NƏZƏRİNƏ

Nəticəsindən narazı olan abituriyentlərin NƏZƏRİNƏ

29 İyul 2021, 09:18

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 14-15-də keçirilən qəbul imtahanları ilə bağlı statistik göstəriciləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, imtahanda iştirak edən və nəticəsindən narazı olan abituriyentlər DİM-də yaradılan apellyasiya komissiyasına müraciət edə bilər. 

 

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 29-31 iyul tarixlərində apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir