Modern.az

Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi

Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi

Aktual

30 İyul 2021, 16:16

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 343216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332752 nəfər müalicə olunaraq sağalıb, 5022 nəfər vəfat edib, aktiv xəstə sayı 5442 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9881 hazırkı dövrədək isə 4023954 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir