Modern.az

Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI

Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI

İqtisadiyyat

30 İyul 2021, 16:33

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ilin I yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumat açıqlanıb.

 

Maliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı tərəfindən 2021-ci ilin I yarısında 12 büdcə təşkilatına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb:

 

“1 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib. Eləcə də regional maliyyə müfəttişlikləri tərəfindən bir neçə şəhər və rayonda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri ilə aşkar olunan 693,5 min manat məbləğində artıq və əsassız ödənişlərin 173,2 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib. Bir halda 2021-ci və 2022-ci illər üzrə tələb olunandan artıq proqnozlaşdırılmış vəsaitin 322,5 min manat məbləğində hissəsi azaldılaraq xərclənməsinin qarşısı alınıb”.

 

Hesabat dövründə Xidmətin əməkdaşları tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 23 qurumda aparılan yoxlamalarla aşkar olunan 24.625,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 1303,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi və artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi məqsədilə aparılmış nəzarət tədbirlərinin nəticələrinə dair tərtib edilmiş sənədlər aidiyyəti üzrə göndərilib.

 

“Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları tərəfindən 6 qurumda zəruri araşdırmalar aparılıb, cəmi 43,9 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib.

 

Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 76 nəfər vəzifəli şəxsə 54,4 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

 

Ümumilikdə, 2021-ci ilin I yarısında aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 25.363,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1.477,4 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib”,- deyə MM-dən bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir