Arxiv
30 İyul 2021, 18:20 | PARLAMENT
Azərbaycan və Pakistan parlamentləri arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, əvvəlcə, parlament sədrlərinin təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunub, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün və Bakı Bəyannaməsinin əhəmiyyətini vurğulayıblar. Sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.

 

Milli Məclisin sədri qonaqları salamlayaraq, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərə dəvətini qəbul edərək, Azərbaycana rəsmi səfər etdiyinə görə minnətdarlığını ifadə edib. Qeyd edilib ki, Əsəd Qeysərin ölkəmizə bu səfəri Pakistan Milli Assambleyası sədrinin ilk rəsmi səfəridir. Səfər zamanı Azərbaycan, Pakistan, Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün keçirilməsi tarixi əhəmiyyət daşıyır. Pandemiya dönəmində belə bir tədbirin baş tutması münasibətlərimizin inkişafına verilən böyük əhəmiyyətdən xəbər verir.

 

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində dövlət başçılarının xüsusi rolu var. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün əsaslı zəmin yaradıb. Ölkələrimiz arasında imzalanmış 36 sənəd əməkdaşlığımızın hüquqi bazasını təşkil edir. 2015-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə isə əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir.

 

Sahibə Qafarova bildirib ki ölkələrimiz arasında mövcud olan geniş mədəni, humanitar münasibətlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. O, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mühüm sosial-humanitar layihələr həyata keçirildiyini xatırladaraq, qeyd edib ki, bu xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın ali ordeni olan “Hilal-e Pakistan” ilə təltif olunub.

 

Görüşdə spiker Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya və Füzuliyə səfərlərini qeyd edərək deyib ki, nümayəndə heyətlərinin üzvləri 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş meydanında necə bir tarixi Zəfər qazandığının şahidi oldular. Biz Azərbaycanın haqlı mübarizəsində Pakistan hökumətinin və parlamentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndiririk. Sahibə Qafarova Pakistan Milli Assambleyasında Azərbaycan Respublikasının ərazisinə erməni təcavüzünü pisləyən qətnamənin, həmçinin, Xocalı şəhərində mülki əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş soyqırımı haqqında qətnamənin qəbul edilməsini yüksək qiymətləndirərək, bunun dostluğumuzun daha bir nümunəsi olduğunu vurğulayıb.

 

Azərbaycan və Pakistanın qanunverici orqanları arasında əməkdaşlıq haqqında da danışan Milli Məclisin Sədri hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini bildirib.

 

Səmimi görüşə görə minnətdarlığını bildirən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər ölkəmizə rəsmi səfəri çərçivəsində parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü, Bakı Bəyannaməsinin imzalanması barədə danışaraq, Azərbaycanın rəsmi şəxsləri ilə keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Pakistan dost və qardaş ölkə olan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir.

 

Qonaq Vətən müharibəsində ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə Sahibə Qafarovanı və Azərbaycan xalqını təbrik edib. Qeyd edilib ki, bu məsələdə Pakistanın mövqeyi birmənalıdır, Azərbaycanın haqlı mübarizəsini həmişə dəstəkləyib.

 

Qonaq ümidvar olduğunu bildirib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrə də öz təsirini göstərəcək. İqtisadi əlaqələrimizin dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Enerji, kənd təsərrüfatı, turizm, humanitar sahələrdə daha böyük uğurlar qazanmaq üçün geniş imkanlar var.

 

Qonaq qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrimizin daha da dərinləşməsi qarşıya qoyulan hədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Dostluq qrupları arasında təmasların mütəmadi xarakter alması münasibətlərimizin gələcək inkişafında əhəmiyyətli rol oynaya bilər.

 

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən hər iki ölkənin parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb.

 

Milli Məclisin Sədri Sahibə Qafarova bu sənədin parlamentlərarası münasibətlərimizdə yeni səhifə açacağına əminliyini ifadə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 21 Sentyabr 2021, 00:14 Livanda yeni hökumətə etimad göstərildi 20 Sentyabr 2021, 23:57 Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub 20 Sentyabr 2021, 23:31 Türkiyədə daha 231 nəfər virusdan ölüb 20 Sentyabr 2021, 23:20 Bakıda yaşayış binasında yanğın 20 Sentyabr 2021, 23:05 Ərdoğan Quterreşlə görüşdü 20 Sentyabr 2021, 22:52 ABŞ-da “Türk evi”nin açılışı oldu 20 Sentyabr 2021, 22:41 Bayden Makronun etirazına məhəl qoymur 20 Sentyabr 2021, 22:28 İnternetlə bağlı problemlər müzakirəyə çıxarıldı 20 Sentyabr 2021, 22:09 Daha bir ölkədə peyvəndin 3-cü dozası vurulacaq 20 Sentyabr 2021, 22:07 2 milyonluq oğurluq edən “alpinist”dən XƏBƏR VAR 20 Sentyabr 2021, 21:49 Şəhid anasını aldadan zatıqırıqlar.. 20 Sentyabr 2021, 21:46 Azərbaycanı hədələyən İran mollasına kim cavab verəcək: Allahşükür Paşazadə, yoxsa Hacı Şahin?.. 20 Sentyabr 2021, 21:40 Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı 20 Sentyabr 2021, 21:37 "Azərxalça”nın sabiq sədrinin işi məhkəməyə göndərildi 20 Sentyabr 2021, 21:27 ABŞ-a gedənlərdən bunlar tələb olunacaq 20 Sentyabr 2021, 21:13 “Qarabağ” “Sumqayıt”ı məğlub etdi 20 Sentyabr 2021, 20:58 “ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb? 20 Sentyabr 2021, 20:54 "Texnofest-2022" Azərbaycanda keçiriləcək 20 Sentyabr 2021, 20:42 "Qarabağ"ın müdafiəçisi zədələndi 20 Sentyabr 2021, 20:34 ABŞ-da yoluxma sayı 42 milyonu keçib 20 Sentyabr 2021, 20:20 Heyvandarlıq məhsulları “fermadan süfrəyədək” izlənəcək 20 Sentyabr 2021, 20:02 Avtovağzaldan çıxan avtobusların sayı 2 dəfə artırılır 20 Sentyabr 2021, 19:59 Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalayacaq 20 Sentyabr 2021, 19:45 Neft-qaz sektoruna nə qədər investisiya qoyulub? - RƏSMİ 20 Sentyabr 2021, 19:31 Nazirlik qazinin şikayəti ilə bağlı açıqlama yaydı 20 Sentyabr 2021, 19:28 Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı 20 Sentyabr 2021, 19:19 Türkiyə hərbçiləri Naxçıvanda gəldi - VİDEO 20 Sentyabr 2021, 19:13 Şəhid ailəsinə qarşı dələduzluq edənlər saxlanıldı - VİDEO   20 Sentyabr 2021, 19:08 İlham Əliyev Vladimir Putini təbrik edib 20 Sentyabr 2021, 19:05 Dolların sabaha olan məzənnəsi 20 Sentyabr 2021, 18:54 Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi 20 Sentyabr 2021, 18:47 Son sutkada 1025 nəfər peyvənd olunub 20 Sentyabr 2021, 18:34 Koronavirusdan sağalanlar yoluxanları 3 dəfə üstələdi 20 Sentyabr 2021, 18:33 Büdcənin gəlir və xərcləri açıqlandı 20 Sentyabr 2021, 18:26
SORĞU Hansı vaksinə etibar edirsiniz?