Arxiv
31 İyul 2021, 22:39 | AKTUAL
Əli Hüseynli: "Azərbaycanın İslam və Türk dünyasında nüfuzu artmaqdadır"

Bakıda Azərbaycan Respublikası Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin və Pakistan İslam Respublikası Milli Assambleyasının sədrlərinin iştirakı ilə iyunun 27-də Birinci Üçtərəfli Görüşün keçirilməsi və orada müasir tariximiz üçün olduqca böyük əhəmiyyət kəsb edən sənədin imzalanması siyasi uzaqgörənliklə cızılmış beynəlxalq miqyaslı yol xəritəsinin mühüm elementlərindən biridir.

 

Bu görüş və qəbul olunmuş Bakı Bəyannaməsi Azərbaycanın islam və türk dünyasında nüfuzunun, yerinin və rolunun dəyərləndirilməsi baxımından böyük önəm kəsb edir. Xatırladaq ki, iki ay bundan öncə Azərbaycan parlament nümayəndə heyətinin İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının ikinci ümumi konfransında iştirakı zamanı keçirilən görüşlər çərçivəsində qəbul edilmiş vacib qərarlardan biri də rəsmi Bakı tərəfindən irəli sürülmüş Azərbaycan, Pakistan və Türkiyə parlamentlərarası əməkdaşlıq formatının təsis edilməsi ilə bağlı təşəbbüsün dəstəklənməsi idi.

 

Qeyd edək ki, əvvəllər xarici işlər nazirləri səviyyəsində üçtərəfli platforma mövcud idi. 2017-ci ilin noyabrın 30-da Bakıda Azərbaycanın, Türkiyənin və Pakistanın xarici işlər nazirlərinin ilk üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib. İndi isə bu platforma parlamentlər səviyyəsində yaradıldı. Şübhə yoxdur ki, gələcəkdə dövlət rəhbərləri səviyyəsində üç ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək beynəlxalq mexanizm formalaşacaq. 

 

Yaxın keçmişdə əsas problemi Dağlıq Qarabağ və ətraf rayonlarının işğalı olan Azərbaycanı bütün beynəlxalq platformalarda birmənalı olaraq dəstəkləyən, azsaylı dövlətlərdən olan Türkiyə və Pakistanla iqtisadi, hərbi və siyasi əlaqələr müstəqilliyimizin ilk dövrlərindən qurulub. Məhz bu iki ölkə Azərbaycanın müstəqilliyini ilk olaraq tanımış, Ermənistanla isə diplomatik münasibətlərdən imtina etmişdir. Türkiyənin, Pakistanın və Azərbaycanın yerləşdiyi cografi ərazi, malik olduqları hərbi güç, İslamabadın nüvə potensialı, Azərbaycanın enerji qaynaqları, nəqliyyat dəhlizləri və s. bir çox dövlətlərin diqqətini Bakıya yönəltmişdir. Buna görə də ayrı-ayrılıqda əməkdaşlıq etdiyimiz tərəfdaş ölkələri çoxtərəfli formatlarda birləşdirmək hər üç ölkənin maraqlarına cavab verir.

 

Yeri gəlmişkən, 3 dövlətin parlament rəhbərlərinin imzaladığı Bakı Bəyannaməsi Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsindən sonra ərsəyə gəlmiş 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsindən sonra əldə edilmiş ən dəyərli sənəddir. 

 

Təbiidir ki, həll olunmamış münaqişələr sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir. Dağlıq Qarabağ problemini 44 günlük Vətən müharibəsi nəticəsində birdəfəlik tarixin arxivinə göndərməsinə baxmayaraq,  Ermənistan tərəfindən hələ də təxribatlarla üzləşən Azərbaycan, PKK terror təşkilatınının fəaliyyətindən zərər çəkən Türkiyə və Kəşmir problemi ilə bağlı Hindistanla münaqişəni həll etməyə çalışan Pakistan bir çox məsələlərdə ortaq mövqe nümayiş etdirmiş və bu gün də bu mövqeyə sadiqdirlər. Bu çox önəmli amildir. Çünki Pakistan müsəlman dünyasında nüvə silahına malik yeganə dövlətdir. 

 

Yeni yaradılan ittifaq hər üç ölkəni mövcud təhlükələrlə daha effektiv mübarizə aparmasına imkan verəcək. Əgər sadalanan dövlətləri iqtisadi və hərbi güc baxımından təhlil etsək görərik ki, bu konsepsiya əslində əsassız deyil. Azərbaycan belə formatda Türkiyə, İran, Gürcüstan, Rusiya, Qazaxıstan və başqa ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq edir, bu əlaqələr müxtəlif sazişlərlə tənzimlənir. Bakı Bəyannaməsini imzalamış tərəflərdən biri kimi  Pakistanin da bu formata qoşulması yeni bir güc mərkəzinin yaranmasını şərtləndirir. Gələcəkdə digər ölkələrin də bu ittifaqa qoşulma ehtimalını da dəyərləndirmək gərəkdir. 

 

İkinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq Azərbaycanın yanında yer aldı, öz siyasi və mənəvi dəstəyini verdi. Pakistan da Azərbaycana açıq dəstəyini ifadə etdi. Eyni zamanda, Pakistan ali qanunverici orqan-parlament səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan azsaylı ölkələrdən biridir. Bu münasibət xalqımız tərəfindən çox böyük rəğbətlə qarşılanıb, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqları da qürurla dalğalandırılıb. Bu ortaq dəyərlər dövlətlərimizin birliyinin və dostluğunun göstəricisidir. Bu mənada  belə münasibətlərin platforma halına gəlməsi zamanın tələbi kimi alqışlanmalıdır. Qüruirverici məqamdır ki, hökumətlərimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətləri ali qanunvericilik orqanlarımızın timsalında da öz əksini tapır. 

 

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə dostluğunu daha da möhkəmləndirdisə, bu görüşdə imzalanan Bakı Bəyannaməsi, xüsusilə də Pakistanın bu istiqamətdə ifadə etdiyi siyasi niyyətini nəzərə alsaq,  ölkələrimizin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Bu bəyannamə ilə Türkiyə, Azərbaycan və Pakistan arasında güclü ittifaq yaranır.

 

Sirr deyil ki, tarixən türk və müsəlman dövlətləri siyasi-hərbi aspektdə müttəfiqliklərini real və tam dolğun şəkildə ifadə edə bilməyiblər. Buna baxmayaraq zaman- zaman müxtəlif formatlarda əməkdaşlıq layihələri həyata keçirilib. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb. Hazırda, 60-a yaxın dövləti özündə birləşdirir. Digər bir təşkilat 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı - D8 qurulub. Bu təsisat ilk dəfə 1997-ci ildə ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında rəsmi olaraq toplanıb. 2017-ci ildə son sammit də Türkiyədə keçirilib. 

 

1993-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistanın iştirakı ilə TÜRKSOY yaradılmışdır. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təmsil olunduğu Türk Parlament Assambleyası 2009-cu ildə Bakıda təsis olunub. Sadalanan təşkilatlar öz imkanları çərçivəsində əməkdaşlığa dəstək verirlər, lakin onların fəaliyyəti  qarşıya qoyulmuş qlobal məsələlərin tam həlli üçün yetərli deyil. Ona görə də çoxsaylı dövlətlərin içində həm səmimi dost, həm də əsl tərəfdaş sınaqlarını dəfələrlə keçən üç dövlətin bir formatda birləşməsi bölgədə günü-gündən dəyişən regional və qlobal dəyişikliklərə uyğun ortaq mövqe nümayişi baxımından çox önəmlidir.

Müasir dünyada gedən ictimai-siyasi proseslərə təsir baxımından öz mövqeyi olan Azərbaycan, Pakistan və Türkiyə bu gün aparıcı ölkələr sırasına daxildirlər. Bu ölkələrin hər biri yerləşdikləri regionda söz sahibidirlər.  Dünya siyasətinin müəyyənləşdirilməsində onların özünəməxsus yeri və rolu var. Beynəlxalq münasibətlər kontekstində dövlətlərimiz arasında mövcud olan münasibətlər və faydalı əməkdaşlıq qarşılıqlı hörmət və etimada əsaslanır. 

 

Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, parlamentlərarası üçtərəfli əməkdaşlıq platformasının səmərəli fəaliyyət göstərməsi ortaq milli maraqlarımızın beynəlxalq platformalarda, xüsusilə beynəlxalq parlament təşkilatları çərçivəsində birgə müdafiəsini təmin edəcəkdir. Azərbaycan Qərb dünyasına inteqrasiya ilə yanaşı böyük və güclü dövlətlərin yerləşdiyi Asiya məkanında fəaliyyət göstərən platformaya daxil olmaqla Şərq aləmində də təsir imkanlarının artırılmasına, iqtisadi və siyasi maraqlarının təmin edilməsinə nail olmaq əzmindədir.

 

Bakı Bəyannaməsi Azərbaycan milli və təhlükəsizlik maraqlarına uyğundur və burada söhbət təkcə Azərbaycanın ərazi bütövlüyündən getmir. Azərbaycan, Türkiyə və Pakistan xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı, eləcə də bir neçə digər sahələr üzrə əməkdaşlığı genişləndirməyə razılaşıblar.

 

Bəyannamədə hibrid müharibələr və İslamafobiyaya meyilli ölkələrə görə ortaya çıxan təhdidlərə qarşı mübarizə, qarşılıqlı maraq kəsb edən regional və qlobal mövzularda yaxından fəaliyyət göstərmək haqqında əməkdaşlıq da qeyd olunub.

Sənəddə üç ölkə arasında nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya və kommunikasiya texnologiyası sahəsində regional əməkdaşlıq üçün hər üç ölkənin hökumətinin dəstək olacağı razılaşdırılıb.

 

Dövlətlər arasında strateji tərəfdaşlıq, dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişələrin siyasi yolla həllini tələb etmək, müdafiə və təhlükəsizlik sahəsində fəal əməkdaşlığın inkişafına hazırlıq kimi digər mühüm məsələlər bəyannamədə öz əksini tapıb.

 

Hər 3 dövlətin rəsmi mövqeyi və inamı belədir ki, Xəzər dənizi vasitəsilə Əfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis-Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini genişləndirəcək, Zəngəzur dəhlizi işə salındıqdan sonra isə Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcəkdir. Başqa sözlə, Bakı Bəyannaməsi Azərbaycanın Vətən müharibəsində Zəfərini və Ermənistanın isə kapitulyasını rəsmən təsdiqləyən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının  və 11 yanvar 2021-ci il Moskva bəyanatının müddəalarının reallaşmasına da öz töhfəsini verəcəkdir.

 

Tərəflər Ermənistanın Azərbaycanın sülh anlaşması çağırışına cavab verməsinin vacibliyindən danışıb və əlavə ediblər ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə sanballı töhfə verəcək. Ona görə də Azərbaycanın iştirak etdiyi Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran kimi üçtərəfli formatların sırasına Azərbaycan-Türkiyə-Pakistan formatını da əlavə etmək olar və bu formatın gələcəkdə dövlət başçıları səviyyəsində daha da möhkəmlənəcəyinə şübhə yoxdur.

 

Azərbaycan Türkiyə və Pakistanla birgə ittifaq yaratmaqla həm də bölgədə sülhün bərqərar olmasına ən böyük əngələ çevrilmiş Ermənistana mesaj göndərir ki, Azərbaycan torpaqlarına hücum etmək fikrinə düşmüş olarsa, qarşısında tək Azərbaycan ordusunu deyil, həm də Türkiyə və Pakistanın hərbi dəstəyini görəcək. Bu, həm də beynəlxalq aləmə səslənən bir ismarıcdır ki,  Azərbaycana qarşı təxribat etməyə cəhd göstərənlərin aqibəti heç də yaxşı olmayacaq.

 

Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğuru xarici siyasətin mahiyyətini əks etdirən Birinci Üçtərəfli Görüş regionda, bütövlükdə dünyada  sülhün və təhlükəsizliyin güclənməsinə təkan verəcək. Bakı bəyannaməsinin imzalanmsı ilə  Azərbaycan, Türkiyə və Pakistan arasınada mövcud olan strateji  münasibətlərin yeni, daha məhsuldar  mərhələsinə qədəm qoyulmuşdur. 

 

Beləliklə, Azərbaycan, Pakistan və Türkiyə parlamentlərarası əməkdaşlıq formatının Azərbaycan paytaxtında keçirilən birinci toplantısında aparılmış müzakirələrin nəticəsi olaraq imzalanmış Bakı Bəyannaməsi mühüm tarixi sənəd olaraq ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, xalqlarımızın ortaq maraqlarını yüksək səviyyədə təmin olunmasına xidmət edəcəkdir.

 

Əli Hüseynli,

Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən gün PEYVƏNDLƏNƏNLƏR 25 Sentyabr 2021, 16:45 Yoluxma azaldı - 19 nəfər öldü 25 Sentyabr 2021, 16:40 Nazir yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb 25 Sentyabr 2021, 16:36 Zaqatalada sel bir nəfərin ölümünə səbəb oldu 25 Sentyabr 2021, 16:29 Binəqədidə ağacəkmə aksiyası - Fotolar 25 Sentyabr 2021, 16:22 Azərbaycan və Qırğızıstan XİN başçıları görüşdü 25 Sentyabr 2021, 16:15 Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan 25 Sentyabr 2021, 16:08 "Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb 25 Sentyabr 2021, 16:00 Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32
SORĞU Hansı vaksinə etibar edirsiniz?