Arxiv
1 Avqust 2021, 16:24 | PARLAMENT
“Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb”

Vladimir Jirinovski “Komsomolskaya Pravda” radiosuna müsahibəsində qərəzli mövqeyini ortaya qoyaraq haqsız fikir və ittihamlar səsləndirib. O, həqiqətləri görmək istəmir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin Azərbaycanla bağlı sərsəm açıqlamalarına münasibət bildirərkən deyib:

 

Deputat vurğulayıb ki, Azərbaycan regionda söz sahibi olan dövlətə çevrilib. 44 günlük Vətən müharibəsi bunun əyani sübutudur. Azərbaycan yalnız Rusiya Federasiyası ilə deyil, məqsədəuyğun hesab olunan dövlətlər və beynəlxalq təsisatlarla əlaqələrini inkişaf etdirir:


"Jirinovski deyir ki, Cənubi Qafqaz 200 il bizim bayrağımız altında olub. Birincisi, diqqətlə baxmaq lazımdır ki, kim hansı siyasəti həyata keçirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra tam müstəqil daxili və xarici siyasət həyata keçirir. O da bunu sübut edə biləcək çox sayda amilləri yaxşı görür. İkincisi isə, nə vaxtsa işğala məruz qalmışıqsa, bu, bütün əsrlər boyu belə qalası deyil. Müstəqillik əldə etdikdən sonra qısa zaman ərzində yenidən güc toplamağımız, öz siyasi iradəmiz, mədəniyyətimiz və müstəqil xarici siyasətimizlə fərqlənə bildiksə bu bizim asılı olmadığımızın göstəricisidir. Heç kimə sirr deyil ki, ölkəmiz yenidən müstəqillik əldə etdikdən sonra istər infrastruktur, istər diplomatik əlaqələr, istər ordu quruculuğunda böyük müvəffəqiyyətlər qazanıb.


Vladimir Jirinovski deyir ki, o rus əgərinin ölməsini istəmir. Biz isə dünyanın heç bir yerində heç kimin ölməsini istəmir, bununla da, bütün dünyada sülh və əminamanlığın bərqərar olmasını istəyirik. Bizim siyasətimizin əsas tərkib hissəsində humanizm prinsipləri var".


"Radioda müsahib olan siyasətçi çəkinmədən Azərbaycan Prezidentinin ünvanına sözlər deyir. Xalqın gözü tərəzidir. Xalqımız Prezident İlham Əliyevi dəstəkləyir və onun ətrafında yumruq kimi birləşib. Jirinovskinin bunu başa düşməsi o qədər də çətin deyil. Özü də türkoloqdur. Bir az araşdırsın, ölkəmizdə xalqın Prezidentə olan güvənini və sevgisini rahatlıqla görəcək. Əslində o, bunu yaxşı görür. Sadəcə girdiyi rolda bunu demək ona sərf etmir. Başqa cür desək gündəmdə qalması üçün belə ucuz və yalan ifadələri özünə alət seçib. Vladimir Jirinovski yenə gündəmdə qalmağa çalışarkən siyasi arenanı çayxana ilə səhv salıb.


Sonda qeyd etmək istəyirəm ki, siyasətlə maraqlanan, Jirinovskinin tez-tez dəyişən siyasi rollarını bilən hamı yaxşı bilir ki, onun uydurmaları və haqsız mövqeyi dövlətlər və xalqlararası dostluq prinsiplərinə ziddir. Jirinovskinin bu fikirləri Rusiya dövlətinin rəsmi mövqeyi ola bilməz. Rusiya və Azərbaycan arasında çoxşaxəli əlaqələr mövcuddur və günbəgün inkişaf edir. Onun mövqeyi bizim üçün ümumiyyətlə əhəmiyyət daşımır",- deyə deputat qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?