Arxiv
1 Avqust 2021, 17:03 | PARLAMENT
“Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev     

Avropa Parlamentində (AP) Cənubi Qafqaz ölkələri ilə Əməkdaşlıq Komitəsinin həmsədri M. Kalyurand (Estoniya), Azərbaycan və Ermənistan üzrə AP daimi məruzəçiləri Jelyana Zovko (Xorvatiya) və Andrey Kovaçev (Bolqarıstan) “Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı” Birgə Bəyanat imzalayıblar.

 

Bu sənədlə bağlı deputat, Azərbaycan-Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bəyanat verib.

 

Həmin bəyanatı təqdim edirik:

 

- Azərbaycan Ordusunun bu ilin 12 may tarixində guya Ermənistan ərazisinə daxil olması ilə bağlı Ermənistan siyasi dairələrinin və beynəlxalq erməni diasporunun məqsədəyönlü şəkildə yaydığı yalanların Bəyanatda yer alması onu göstərir ki, Bəyanatın mətni beynəlxalq erməni diasporunun Avropa ofisində hazırlanıb. Baş vermis sərhəd insidentləri zamanı həlak olmuş erməni əsgərləri üçün başsağlığı ifadə edən AP üzvlərinin həmin insidentlər nəticəsində həlak olmuş Azərbaycanlı əsgərini xatılamaması da bunu bir daha təsdiq edir.

 

Avropa erməni diasporunun bu təxribatına cavab olaraq və Azərbaycan-Ermənistan sərhədlərində baş verən hadisələrə növbəti dəfə aydınlıq gətirmək məqsədilə bəyan edirik ki, 30 illik işğal faktı aradan qaldırıldıqdan sonra Azərbaycan Ordusu beynəlxalq hüquq nopmalarına uyğun olaraq və Azərbaycanın Konstitusiyası ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində iki ölkə arasında münaqişədən əvvəl mövcud olmuş və beynəlxalq səviyyədə tanınmış sərhədlərin mühafizə olunması üçün özünün qanuni dislokasiya məntəqələrini bərpa edir. Münaqişənin başa çatması ilə bağlı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın yerinə yetirilməsi istiqamətində atılan bu addımların guya Ermənistan ərazisinin zəbt olunması kimi qələmə verilməsi Ermənistanda hakimiyətlə müxalifət arasında gedən daxili siyasi mübarizədə geniş istifadə olunan bir yalandır və erməni diasporunun səyləri ilə bu yalan məlumatların AP üzvləri tərəfindən həqiqət kimi təqdim olunması təəssüf doğurur.

 

Bəyanat müəlliflərinin Azərbaycan hərbi qüvvələrinin 12 may tarixinədək tutduqları mövqelərə çəkilməsini tələb etməsi isə ümumiyyətlə təəccüb doğurur. Belə ki, özünün qanuni əraziləri çərçivəsində hərbi qüvvələrin hər hansı yerdəyişməsi hər bir ölkənin, o cümlədən Azərbaycanın suveren hüququdur və AP üzvlərinin digər dövlətlərin suveren hüquqlarına zidd fikirlər və tələblər səsləndirməsi qəbuledilməzdir.  Eləcə də, AP üzvlərinin Azərbaycan siyasi gündəmində istifadə olunan yer adlarına və müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması haqqında səsləndirilən fikirlərə etiraz etməsi də heç bir məntiqə sığmır. Müasir Ermənistanın 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında yaradılması və Sovet imperiyasının ilk illərində Azərbaycan torpaqları hesabına Ermənistan ərazisinin əhəmiyyətli dərəcədə genişləndirilməsi tarixi faktlardır və nə Ermənistan, nə də onun işğalçılıq siyasətinə haqq qazandırmağa çalışan digər qüvvələr rəsmi sənədlərə əsaslanan bu faktları təkzib edə bilərlər.

 

Bununla yanaşı bir daha Avropalı həmkarlarımızın diqqətinə çatdırırıq ki, Azərbaycan bütün dövlətlərin, o cümlədən Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tanıyır və heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürmür. Münaqişədən əvvəl Ermənistan ərazisində yaşamış və münaqişə nəticəsində Ermənistandan qovulmuş yüz minlərlə Azərbaycan əsilli vətəndaşların öz doğma torpaqlarına qayıtmasının təmin olunması onların beynəlxalq qanunlar tərəfindən zəmanət verilən hüququdur və qaçqınların hüquqlarının bərpa olunması beynəlxalq birliyin, o cümlədən Avropa Parlamentinin Avropa dəyərlərindən və Universal İnsan Haqlarından doğan təbii öhdəliyidir. Bu baxımdan, Azərbaycan bütün beynəlxalq qurumlar kimi, AP-ni də etnik Azərbaycanlı qaçqınların Ermənistan ərazisində daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi işinə töhfə verməyə çağırır.

 

“Uzun sürən münaqişənin danışıqlar yolu ilə həll edilməsi və Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunması” haqqında Bəyanat müəlliflərinin çağırışı onu göstərir ki, AP-də Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa məsul seçilmiş şəxslərin bölgədə baş verən hadisələrdən xəbəri yoxdur və onlar sadəcə Avropa erməni diasporunun AP-də yaydığı dezinformasiyalar əsasında fikir yürüdürlər. Bu məlumat boşluğunu aradan qaldırmaq məqsədilə növbəti dəfə hörmətli həmkarlarımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən tanınmış qanuni ərazilərinin Ermənistan tərəfindən  işğalına 2020-ci ilin 10 noyabr tarixində son qoyulub. Azərbaycanın 30 il ərzində işğal altında qalmış 20 % ərazisi işğaldan azad olunub və bununla da BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı Qətnamələr Azərbaycanın özü tərəfindən yerinə yetirilib. Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur və mövcud olmayan bir ərazi vahidinin statusu haqqında danışmaq əsassız və yersizdir.

 

Azərbaycan və Ermənistan arasında münaqişə başa çatıb və hazırda bölgədaxili əməkdaşlığın bərpa olunması istiqamətində səylər göstərilir. Dünyanın bütün mütərəqqi qüvvələri, o cümlədən Aİ bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı əməkdaşlığın bərqərar olunması istiqamətində Azərbaycanın səylərini alqışlayır və ona dəstək verir. AP də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı əməkdaşlığın təşviq olunmasına öz töhfəsini vermək istəyirsə, Avropa erməni diasporunun apardığı qeyri-konstruktiv təbliğatda iştirak etməkdən imtina etməli, məsuliyyətsiz bəyanatlar səsləndirməkdən çəkinməli və bölgədəki vəziyyətlə yerində tanış olmaqla obyektiv mövqe sərgiləməlidir. Bölgədəki hadisələrə obyektiv yanaşma həm də AP-nin Azərbaycan cəmiyyətində deqradasiyaya uğramış nüfuzunun bərpa olunmasına xidmət edə bilər. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb  18 Sentyabr 2021, 17:36 İmişlidə qətl hadisəsi törədilib   18 Sentyabr 2021, 17:03 Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02 Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib 18 Sentyabr 2021, 12:56 İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO 18 Sentyabr 2021, 12:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?