Arxiv
2 Avqust 2021, 12:38 | AKTUAL
"Milli Məclisin buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat

Hazırda Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə və bu məqsədlə ölkəmizdə referdumun keçirilməsinə heç bir ehtiyac yoxdur. Konstitusiyamıza edilən son dəyişikliklər hakimiyyətin müvafiq qollarının, o cümlədən Milli Məclisin formalaşması və fəaliyyəti üçün geniş imkanlar yaradır, Azərbaycan Respublikasının qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada və digər beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlara tam təminat verir.

 

Bunu Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Onun sözlərinə görə, son zamanlarda Milli Məclisin təkrar buraxılacağı barədə fikirlər müəyyən radikal siyasi qüvvələr tərəfindən siyasi gündəmin xaricdən ötürülən təxribat xarakterli direktivlər əsasında dəyişdirilməsinə, ictimai rəydə qanunverici orqana qarşı etimadsız münasibətin formalaşdırılmasına xidmət edir:

 

“Hazırda Azərbaycan Respublikasının Milli Məclisi öz fəaliyyətini yüksək səviyyədə qurub. Belə məlumatların Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri arasında hər üç ölkənin qanunvericilik orqanı arasında əlaqələrin intesivləşməsinə xidmət edən “Bakı bəyannaməsi”nin imzalanmasından dərhal sonra sürətlə yayılması təsadüfi deyil və Milli Məclisin ölkəmizin maraqlarının qorunması prosesindəki fəal iştirakından bəzi qüvvələrin narahat olduğunu nümayiş etdirir”.

 

Millət vəkili qeyd edib ki, Milli Məclisin say tərkibi, həmçinin bu tərkibin formalaşdırılması üçün tətbiq edilən seçki sistemi sınaqdan keçərək özünü doğruldub:

 

“ VI çağırış Milli Məclis fəaliyyətinin dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri bütün addımları atır, mövcud çağırışlara çevik reaksiya verir. Qanunvericilik aktlarının qəbulu zamanı Milli Məclisin deputatları yüksək peşəkarlıq nümayiş etdirirlər. Bununla yanaşı, Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçilərinin yüksək vəzifələrə seçildiklərini, parlamentin idarə olunmasında fəal iştirak etdiklərini, parlament demokratiyasının inkişafına, plüarizmə öz töhfələrini verdiklərini də xüsusi vurğulamaq lazımdır”.

 

Milli Məclisin üzvü deputatların mütəmadi olaraq öz seçiciləri ilə görüşdüklərini və bu prosesin daha intensiv şəkil aldığını bildirib:

 

“Deputatlar öz seçiciləri ilə daim canlı ünsiyyətdə olur, həmçinin müasir kommunikasiya vasitələrindən, sosial şəbəkələrdən istifadə etməklə onlarla əlaqə qururlar. Milli Məclisin beynəlxalq əlaqələri gündən-günə genişlənir və dünyanın müxtəlif ölkələrinin parlamentləri ilə əlaqələr daha da möhkəmləndirilir və intensiv xarakter alır. Ölkənin ali qanunvericilik orqanında həyata keçirilən islahatlar öz nəticəsini verməkdədir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naftalanda kafedə yanğın oldu 26 Sentyabr 2021, 00:41 Ruanda soyqırımının icraçısı həbsxanada öldü 26 Sentyabr 2021, 00:39 Nigeriyada terrorçular əsgərlərə hücum etdi: Onlarla ölü var 26 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub oldu 25 Sentyabr 2021, 23:43 Türkiyə əhalisinin 70%-ə yaxını tam peyvəndlənib 25 Sentyabr 2021, 23:32 Ağcabədidə ev yandı 25 Sentyabr 2021, 23:10 Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə görüşdü 25 Sentyabr 2021, 22:50 Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu 25 Sentyabr 2021, 22:47 “Şəhid əmanətləri Şuşada” layihəsinə start verildi - FOTOLAR 25 Sentyabr 2021, 22:31 XİN başçısı BQXK rəhbərinə mina təhlükəsi barədə məlumat verdi 25 Sentyabr 2021, 22:15 Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü 25 Sentyabr 2021, 22:12 Bakıda mənzildə qadın meyiti aşkarlandı 25 Sentyabr 2021, 22:10 Şimal zonasına yağış yağacaq, çaylarda daşqın olacaq 25 Sentyabr 2021, 22:02 “Çelsi” “Maçester Siti”yə məğlub oldu 25 Sentyabr 2021, 21:55 “Taliban”ın tanınması müzakirə mövzusu deyil” – Lavrov 25 Sentyabr 2021, 21:49 Göyçayda minik avtomobili yandı 25 Sentyabr 2021, 21:35 Premyer Liqa: “Zirə” “Səbail”ə qalib gəldi 25 Sentyabr 2021, 21:12 Azərbaycan və Türkiyə arasında daha bir memorandum imzalandı 25 Sentyabr 2021, 20:59 Anım günü ilə əlaqədar bu avtobusların hərəkət sxemi dəyişdirilir 25 Sentyabr 2021, 20:51 Cüdoçumuz Xorvatiyada qızıl medal qazandı 25 Sentyabr 2021, 20:36 Ceyhun Bayramov Qoşulmama Hərəkatının nümayəndələri ilə görüşdü 25 Sentyabr 2021, 20:20 “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı 25 Sentyabr 2021, 20:03 Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi 25 Sentyabr 2021, 19:43 Putin Lukaşenko ilə görüşəcək 25 Sentyabr 2021, 19:30 "Səbail" - "Zirə" oyununda Vətən müharibəsinin ildönümü yad edildi 25 Sentyabr 2021, 19:19 Polis Qaxda şəhid ailələrini ziyarət etdi 25 Sentyabr 2021, 19:11 “Qarabağ”-“Keşlə” oyunu bərabərə bitdi 25 Sentyabr 2021, 19:10 İçərişəhərdə vandalizmə qarşı iməclik - FOTO 25 Sentyabr 2021, 18:56 Mikayıl Cabbarov Alessandro Frakassetti ilə görüşüb 25 Sentyabr 2021, 18:30 Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO 25 Sentyabr 2021, 18:20 Arvadını balta ilə öldürən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi 25 Sentyabr 2021, 18:12 Şəhidimizin qardaşı bayrağı dəyişərkən yıxılıb ÖLDÜ 25 Sentyabr 2021, 18:04 Şəhid leytenant: “Əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm” 25 Sentyabr 2021, 17:57 Müğənni arvadını moteldə öldürməyindən DANIŞDI 25 Sentyabr 2021, 17:50 Bakıda bu yollar iki gün BAĞLI OLACAQ 25 Sentyabr 2021, 17:42
SORĞU Hansı vaksinə etibar edirsiniz?