Arxiv
2 Avqust 2021, 13:48 | AKTUAL
"Milli Məclis işini yüksək səviyyədə qurub" - Mahir Abbaszadə

"Yüz illik tarixi olan Azərbaycan Parlamenti yarandığı gündən indiyədək dövrün, zamanın tələblərinə uyğun olaraq dəyişib, formalaşıb və inkişaf edib. Hazırda ölkəmizdə təkmil və ahəngdar idarəçilik sistemi mövcuddur, hakimiyyətin bütün qolları qarşılıqlı fəaliyyət göstərir və bir-birinin fəaliyyətini tamamlayır".

 

Bunu Modern.az-a açıqlamasında deputat Mahir Abbaszadə deyib. Onun sözlərinə görə, son vaxtlar bəzi mətbuat orqanlarında Konstitutsiyaya dəyişiklik ediləcəyi və parlamentin buraxılacağı ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səslənir ki, bu da ictimaiyyət arasında çaşqınlıq yaradır.

 

"Bu gün Milli Məclis öz fəaliyyətini yüksək səviyyədə qurub. Azərbaycan Parlamenti, istər quruluşu, istər say tərkibi, istərsə də digər xüsusiyyətləri baxımından müasir çağırışlara tam cavab verir. Milli Məclisə seçkilər yüksək rəqabət şəraitində keçirilir. Qanunvericiliyin tələblərinə cavab verən namizədlər mübarizəyə qatılır və onların ən layiqliləri şəffaf səsvermədə qələbə qazanaraq parlamentdə öz seçicilərin təmsil edir. Çoxpartiyalı Azərbaycan parlamentində bu gün ölkənin müxtəlif siyasi spektrini əhatə edən qüvvələr təmsil olunub.
Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ tanıyan Azərbaycan parlamentində gender bərabərliyi təmin olunub. Müstəqil Azərbaycan tarixində ilk dəfə Milli Məclisin sədri vəzifəsinə qadın deputat Sahibə xanım Qafarova seçilib. Bu da ölkəmizdə müxtəlif sahələrdə olduğu kimi parlamentdə də qadınların fəaliyyətinə xüsusi önəm verildiyinin göstəricisidir. Müxtəlif siyasi, iqtisadi və sosial məsələlərin, qanunvericilik aktlarının müzakirə olunduğu Komitələr fəaliyyət göstərir.

 

Azərbaycan Respiblikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar dövlət idarəçiliyinin digər sahələri ilə yanaşı, qanunverici orqandan da yan keçməyib. 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilər də bu islahatların bir hissəsidir. Beşinci çağırış Milli Məclisinin ilk iclasındakı çıxışında Prezident İham Əliyev bildirmişdi ki, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb və bir daha sübut edib ki, ölkəmiz demokratik inkişaf yoluna sadiqdir".

 

Deputat bildirib ki, son seçkilərdən sonra gəncləşən parlament öz fəaliyyətini daha uğurlu, xalqın və cəmiyyətin tələblərinə uyğun şəkildə qurmağı hədəfə alıb və buna nail olmaqdadır.

 

"Bu gün Milli Məclis qanunların müzakirəsi və qəbulu ilə yanaşı, ölkədə və dünyada baş verən hadisələrə çevik münasibət bildirən, seçicilərinin maraqlarını qoruyan və onların səsini dövlət orqanlarına çatdıran səmərəli fəaliyyəti ilə seçilir. Milli Məclisinin deputatları ATƏT, BMT, Avropa Şurası, MDB, İƏT kimi beynəlxalq və regional təşilatların parlament assambleyalarında və digər beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edir, milli maraqlarımızı, haqlı mövqeyimizi müdafiə edir. Bu baxımdan Vətən Müharibəsi zamanı müxtəlif ölkələrin parlamentləri ilə mövcud olan dostluq qrupları çərçivəsində qurulan əlaqələrin mühüm rol oynadığın qeyd etmək lazımdır. Həqiqətlərin çatdırılmasında, ədalətin bərqərar olunmasında beynəlxalq dəstəyin çox böyük əhəmiyyəti var və Milli Məclis də bunu öz fəaliyyətində əsas götürür.

 

Parlamentin fəaliyyətinin mühüm istiqamətlərindən biri də vətəndaşlarla işdir. Xüsusilə Vətən Müharibəsindən sonra mütamadi olaraq şəhid ailələri və qazilərlə görüşlərin keçirildiyini, onların problemlərinin həlli istiqamətində xeyli işlər görüldüyünü demək lazımdır. Eyni zamanda seçicilərin gündəlik qayğıları ilə maraqlanmaq, onların müraciətinə vaxtında reaksiya vermək, problemləri aidiyyəti dövlət qurumları qarşısında qaldırmaq deputatların fəaliyyətinin əsas hissəsidir. Hazırda müraciətlərin qeydə alınması üçün Milli Məclisin inzibati binasında bütün zəruri şərait yaradılıb, qəbul prosesi sadələşdirilib. Hətta Koronavirus COVİD-19 pandemiyası dövründə də vətəndaş qəbulu onlayn formada davam etdirilib, onların problemlərinin həlli istiqamətində fəaliyyət dayandırılmayıb. Bir sözlə hazırda Azərbaycan parlamentinin fəaliyyəti dövrün və cəmiyyətin tələblərinə uyğun qurulub və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatların ruhuna tam cavab verməkdədir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?