Modern.az

Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır

Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır

2 Avqust 2021, 23:09

"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir.

 

Modern.az xəbər verir ki, Olimpiadanın 12-ci günündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.

 

Belə ki, bu gün 3 güləşçimiz gücünü sınayacaq. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) və qadın təmsilçimiz Elis Manolova (68 kq) təsəlliverici görüşə çıxacaqlar.

 

R.Hüseynov Tunis idmançısı Lamjed Maafi, E.Manolova isə qırğızıstanlı Mirim Jumanazarova ilə qarşılaşacaq.

 

Digər yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) Olimpiadada ilk görüşünü keçirəcək. İdmançımız kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz görüşdə qalib gəlsə, dörddəbir finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.

 

Bundan əlavə, üç təkanla tullanma yarışlarında ölkəmizi Nazim Babayev təmsil edəcək. Atletimiz A qrupunda mübarizə aparacaq. Qrupda N.Babayev ilə yanaşı, daha 15 atlet finala vəsiqə qazanmaq üçün yarışacaq.

 

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.

 

Ümumilikdə isə Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI