Arxiv
3 Avqust 2021, 14:00 | ÖLKƏ
Prezident 6 saylı “ASAN xidmət” mərkəzinin açılışında - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verdi.

 

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

 

Təsadüfi deyil ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

 

Məlumat verildi ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

 

Bildirildi ki, hazırda fəaliyyət göstərən 20 "ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

 

Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin və yaralıların 1152 müraciəti üzrə 3,8 milyon manat kreditləri “YAŞAT” Fondu tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb.

 

Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında imzaladığı Sərəncama uyğun olaraq yaradılan vahid məlumat bazasında Vətən müharibəsi zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı ətraflı məlumat yerləşdirilib.

 

Dövlətimizin başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verildi. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. #karabakhisazerbaijan həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumat verildi.

 

i.

Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arılar nəsli kəsilməkdə olan 63 pinqvini öldürüblər 21 Sentyabr 2021, 00:50 TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü 21 Sentyabr 2021, 00:31 “Pfizer” 5-11 yaş qrupları üçün də effektivdir 21 Sentyabr 2021, 00:23 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 21 Sentyabr 2021, 00:14 Livanda yeni hökumətə etimad göstərildi 20 Sentyabr 2021, 23:57 Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub 20 Sentyabr 2021, 23:31 Türkiyədə daha 231 nəfər virusdan ölüb 20 Sentyabr 2021, 23:20 Bakıda yaşayış binasında yanğın 20 Sentyabr 2021, 23:05 Ərdoğan Quterreşlə görüşdü 20 Sentyabr 2021, 22:52 ABŞ-da “Türk evi”nin açılışı oldu 20 Sentyabr 2021, 22:41 Bayden Makronun etirazına məhəl qoymur 20 Sentyabr 2021, 22:28 İnternetlə bağlı problemlər müzakirəyə çıxarıldı 20 Sentyabr 2021, 22:09 Daha bir ölkədə peyvəndin 3-cü dozası vurulacaq 20 Sentyabr 2021, 22:07 2 milyonluq oğurluq edən “alpinist”dən XƏBƏR VAR 20 Sentyabr 2021, 21:49 Şəhid anasını aldadan zatıqırıqlar.. 20 Sentyabr 2021, 21:46 Azərbaycanı hədələyən İran mollasına kim cavab verəcək: Allahşükür Paşazadə, yoxsa Hacı Şahin?.. 20 Sentyabr 2021, 21:40 Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı 20 Sentyabr 2021, 21:37 "Azərxalça”nın sabiq sədrinin işi məhkəməyə göndərildi 20 Sentyabr 2021, 21:27 ABŞ-a gedənlərdən bunlar tələb olunacaq 20 Sentyabr 2021, 21:13 “Qarabağ” “Sumqayıt”ı məğlub etdi 20 Sentyabr 2021, 20:58 “ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb? 20 Sentyabr 2021, 20:54 "Texnofest-2022" Azərbaycanda keçiriləcək 20 Sentyabr 2021, 20:42 "Qarabağ"ın müdafiəçisi zədələndi 20 Sentyabr 2021, 20:34 ABŞ-da yoluxma sayı 42 milyonu keçib 20 Sentyabr 2021, 20:20 Heyvandarlıq məhsulları “fermadan süfrəyədək” izlənəcək 20 Sentyabr 2021, 20:02 Avtovağzaldan çıxan avtobusların sayı 2 dəfə artırılır 20 Sentyabr 2021, 19:59 Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalayacaq 20 Sentyabr 2021, 19:45 Neft-qaz sektoruna nə qədər investisiya qoyulub? - RƏSMİ 20 Sentyabr 2021, 19:31 Nazirlik qazinin şikayəti ilə bağlı açıqlama yaydı 20 Sentyabr 2021, 19:28 Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı 20 Sentyabr 2021, 19:19 Türkiyə hərbçiləri Naxçıvanda gəldi - VİDEO 20 Sentyabr 2021, 19:13 Şəhid ailəsinə qarşı dələduzluq edənlər saxlanıldı - VİDEO   20 Sentyabr 2021, 19:08 İlham Əliyev Vladimir Putini təbrik edib 20 Sentyabr 2021, 19:05 Dolların sabaha olan məzənnəsi 20 Sentyabr 2021, 18:54 Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi 20 Sentyabr 2021, 18:47
SORĞU Hansı vaksinə etibar edirsiniz?