Modern.az

Tokio-2020:  Güləşçimiz erməniyə qalib gələrək medal qazandı - VİDEO

Tokio-2020:  Güləşçimiz erməniyə qalib gələrək medal qazandı - VİDEO

Aktual

3 Avqust 2021, 14:58

Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.

 

Modern.az-ın məlumatına görə, yığmamızın aktivinə 3-cü mükafatı yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) əlavə edib.

 

Bir gün öncə 1/4 finalda məğlub olmasına baxmayaraq, rəqibi finala qədər irəliləyən pəhləvan bu gün təsəlliverici görüşə çıxıb. İkiqat Avropa çempionu tunisli Lamyed Maafi ilə üz-üzə gəlib. Qarşılaşma Hüseynovun tam üstünlüyü ilə (11:1) yekunlaşıb.

 

33 yaşlı idmançımız bürünc medal uğrunda ermənistanlı Karapet Çalyanla görüşüb və 4:1 hesabı ilə qələbə qazanıb. Bu qələbə həmyerlimizi Olimpiya üçüncüsü edib.

 

Bununla da millimizin aktivindəki medalların sayı 3-ə çatıb. Hüseynovdan öncə cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominqes (81 kq) bürünc mükafata yiyələnib.

 

Qeyd edək ki, Tokio-2020-yə 44 idmançı ilə yollanan komandamızın heyətində artıq 31 atlet çıxışını başa vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?