Arxiv
3 Avqust 2021, 15:52 | DÜNYA
Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR

Tarix boyu kainat yüzlərlə meşə yanğınının şahidi olub. Bəzən həddindən artıq istidən, bəzən də insanların diqqətsizliyindən meşə yanğınları minlərlə hektar ərazinin külə dönməsinə səbəb olur. Hazırda Türkiyə də meşə yanğınları ilə üz-üzədir. Artıq bir neçə gündür ki, qardaş ölkə bir çox bölgələri əhatə edən yanğınlarla mübarizə aparır. 

 

Bəs indiyə qədər baş vermiş ən dəhşətli meşə yanğınları hansılardır?

 

2003-cü il, Sibir tayqa yanğını 

 

Sibirdə temperaturun yüksəlməsi və donmuş torpaqların isinməsi nəticəsində meşə yanğınları genişlənməyə başlayıb. Bununla da 2003-cü ildə tarixin ən böyük meşə yanğınlarından biri baş verib. Sibir tayqasındakı yanğında 47 milyon hektar meşə alova təslim olub. Yanğının peyk çəkilişlərində bütün Avrasiyanın tüstüyə büründüyü görünürdü. Bu yanğınların ozon təbəqəsinin tükənməsinə təsiri günümüzün ekoloji araşdırmalarında hələ də özünü göstərir.

 

2014-cü il, Kanadadakı yanğınlar

 

2014 -cü ildə Kanadanın şimal-qərbində dəhşətli yanğın baş verib. Yanğınlar əvvəlcə 3,5 milyon hektar ərazini əhatə edirdi. Daha sonra alovun genişlənməsi nəticəsində yanğın 8,4 milyon hektar əraziyə zərər vurub.

 

Yanğınların miqyası o qədər böyük idi ki, Kanadanın cənub əyalətlərində, ABŞ-ın bəzi yerlərində və bir sıra Qərbi Avropa ölkələrində havanın keyfiyyətinin ciddi şəkildə pozulacağına dair xəbərdarlıqlar edilirdi.

 

1989-cu il, Manitoba yanğınları

 

1989-cu ildə Kanadanın Manitoba əyaləti 8,1 milyon hektar ərazini əhatə edən dəhşətli yanğınla üz-üzə qaldı. Fərqli bölgələrdə meydana gələn meşə yanğınları səbəbindən insanlar yaşayış yerlərindən təxliyə olundular.

 

1939-cu il, Qara cümə.

 

13 yanvar 1939-cu ildə Avstraliyanın Viktoriya ştatında başlayan kol yanğını, quraqlıq və güclü külək nəticəsində 5 milyon hektar meşənin külə dönməsinə səbəb oldu. Bölgədəki bütün mahallar yanğına təslim oldu. Təbii fəlakət nəticəsində 71 nəfər həyatını itirdi. 

 

1919-cu il - Kanadada böyük yanğın

 

1919-cu ildə Edmonton şəhərinin şimalında başlayan meşə yanğını 5 milyon hektar ərazini yararsız hala saldı. Bölgədəki sənaye üçün kəsilən ağaclar alovun sürətlə yayılmasına gətirib çıxardı. Yüzlərlə insanın evini itirməsi ilə yanaşı ən azı 11 nəfər dünyasını dəyişdi.


1950-ci il - Chinchaga yanğını

 

1950-ci il iyunun 2-də Kanadada meşə yanğını başladı. İnsanların yaşadıqları yerdən 15 km uzaqda başlayan yanğın diqqətdən kənarda qaldı. Bir neçə gün ərzində yanğın Alberta və Chinchaga vəhşi təbiətinə keçdi. 222 gün davam edən yanğın zamanı 245 kilometr uzunluğunda meşə zolağı məhv oldu.

 

 

2010-cu il, Boliviya

 

2010-cu ildə yaşanan quraqlıq Boliviyada son 30 ildə baş vermiş ən qorxunc hadisələrdən biridir. 18 avqust 2010-cu ildə 1,5 milyon hektar meşənin yandırılması səbəbindən Boliviya hökuməti su təyyarəsi almaq və meşə yanğını söndürmək üçün Braziliya və Argentinadan kömək istədi. Həmin il ölkədə 47 mindən çox yanğın baş verdi. Təxminən 4 milyon hektar ərazi alova təslim oldu.

 

1910-cu il, ABŞ...

 

1910 -cu ilin yayında Aydaho, Montana və Vaşinqtonda dəhşətli meşə yanğınları baş verdi. ABŞ Meşə Xidmətinin qurulmasından cəmi beş il sonra baş verən bu hadisə bölgələrə ciddi ziyan vurmuş oldu. 20 avqust tarixində başlayan hadisədən sonra ümumilikdə 736 yanğın qeydə alındı. Nəticədə 3 milyon hektar ərazi yararsız vəziyyətə düşdü.

 

 

 2020-ci il, Avstraliya 

 

Ötən il bütün dünyanın diqqəti Avstraliyada baş vermiş meşə yanğınlarına yönəlmişdi. 2019-cu ilin iyun ayınında başlayan yanğın 240 gün davam etdi. Təxminən 8 milyon hektar ərazi yandı, 2500-dən çox bina yararsız hala düşdü. Bundan əlavə, 28 nəfər həyatını itirdi. 1.1 milyarddan çox heyvan isə tələf oldu. 

 

 

1871-ci il, Çikaqo yanğını...

 

"Böyük Çikaqo yanğını" olaraq tarixə düşən dəhşətli meşə yanğını 8 oktyabr 1871-ci ildə baş verib. İki gün davam edən, şəhərin cənub-qərb bölgəsini əhatə edən yanğına bir inəyin səbəb olduğu deyilir. Hadisə nəticəsində 300 nəfər həlak olub, 100 min insan evsiz qalıb. 17 mindən çox bina dağılıb. Ölkəyə təxmini 200 milyon dollar ziyan dəyib. 

 

Əlbəttə, dünyanın müxtəlif ölkələrində baş vermiş meşə yanğınları bununla bitmir. Onlarla, yüzlərlə belə fakt təqdim etmək olar.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qırıcı təyyarələrimiz Türkiyədəki festivalda uçuşlar keçirəcək 18 Sentyabr 2021, 18:00 Kənd təsərrüfatı istehsalı 5% artıb  18 Sentyabr 2021, 17:53 Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb  18 Sentyabr 2021, 17:36 İmişlidə qətl hadisəsi törədilib   18 Sentyabr 2021, 17:03 Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02
SORĞU Hansı vaksinə etibar edirsiniz?