Arxiv
3 Avqust 2021, 21:25 | AKTUAL
Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO

Yaddaqalan Şuşa səfərindən sonra Azərbaycanda olan diaspor nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüş keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, görüş zamanı diaspor nümayəndələri reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, bu günə qədər mərkəzdə 1200-dən çox qazi nevroloji, psixoloji və fizioterapevtik müalicə alıb.

 

Komitənin şöbə müdiri Səlhət Abbasova çıxış edərək dövlət tərəfindən qazilərimiz, eləcə də şəhid ailələri üçün hər cür şəraitin yaradıldığını, lakin bununla belə, hər bir azərbaycanlının qazilərə, şəhid ailələrinə qayğı göstərməyi özlərinə mənəvi borc hesab etdiyini bildirib.

 

Qazilərimizə tezliklə sağalmağı, ailələrinin yanına və xidmət yerlərinə qayıtmağı arzu edən qonaqlar bildiriblər ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda qanını, canını fəda etmiş Vətən övladları ilə fəxr edirlər, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin, eləcə də qazi və şəhidlərimizin sayəsində artıq yaşadıqları ölkələrdə başı uca gəzirlər . Diaspor nümayəndələrindən Tərlan Qasımov qazimiz Əliyev Rafiqin müalicə xərclərini və bir şəhid ailəsini, Uğur Əfəndiyev şəhid ailələrindən birini öz himayəsinə götürüb. Almaniyada yaşayan azərbaycanlı sənətçi Zahid Quliyev qazilər qarşısında çıxış edib və onlara musiqi disklərini hədiyyə edib.

 

Diaspor nümayəndələri həmçinin Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid ailələrinin üzvləri, şəhid xanımları və şəhid övladları ilə də görüşüblər. Diaspor nümayəndələrinin təşəbbüsü ilə burda olan uşaqlar üçün əyləncəli şou proqram təşkil olunub. Şou proqramdan sonra uşaqlara hədiyyələr verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kənd təsərrüfatı istehsalı 5% artıb  18 Sentyabr 2021, 17:53 Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb  18 Sentyabr 2021, 17:36 İmişlidə qətl hadisəsi törədilib   18 Sentyabr 2021, 17:03 Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02 Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib 18 Sentyabr 2021, 12:56
SORĞU Hansı vaksinə etibar edirsiniz?