Modern.az

Etibar Mirzəyev türkiyəli nazirlə müzakirələr apardı

Etibar Mirzəyev türkiyəli nazirlə müzakirələr apardı

4 Avqust 2021, 15:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə hazırda Türkiyədə olan nazir müavini general-leytenant Etibar Mirzəyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, E.Mirzəyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Türkiyə Respublikasında baş verən meşə yanğınları ilə mübarizə aparmaq üçün Azərbaycan FHN-in yanğın, xilasetmə, aviasiya və tibb qüvvələrinin qardaş Türkiyə Respublikasına gəldiyini bildirib. Türkiyədə olmasında məqsədinin yardıma gəlmiş Azərbaycan FHN-in qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili olduğunu vurğulayan Etibar Mirzəyev, qüvvələrin tərkibi və imkanları, həmçinin yanğınsöndürmə istiqamətindəki fəaliyyətləri barədə ətraflı məlumat verib.

 

Öz növbəsində Türkiyəli nazir Bekir Pakdemirli ölkəsində baş verən meşə yanğınlarının miqyası və yanğınla mübarizə tədbirləri haqqında danışıb. B.Pakdemirli, həmçinin meşə yanğınlarının söndürülməsində göstərilən dəstəyə və köməyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir