Arxiv
4 Avqust 2021, 17:50 | MƏDƏNİYYƏT
Şəfqət dolu ürək...

        Yaşasaydı 60 ilini qeyd edəcəkdik. Nə yazıq ki, Allahtəala ona bu işıqlı dünyada cəmi 48 il ömür sürmək nəsib elədi. Özü də qəlbi şəfqət, mərhəmət hissi ilə dolu olan şərəfli bir ömür.

 

            1961-ci ilin avqust ayının 15-də Bakı şəhərində dünyaya göz açan Gültəkin həyata gəlişi ilə ailəyə Ruzi-bərəkət gətirmişdi. Həm də özündən sonra ailədə 3 oğul uşağı doğulmuşdu. Atam Ələsgər kişi Gültəkini xüsusi olaraq sevər, heç bir zaman qəlbini qırmazdı. Həm ailədə, həm də qohumlar, qonşular arasında da sevilərdi.

 

            Gültəkin çox ailəcanlı, mehriban, həmçinin, çox ədalətli idi. Sözü çəkinmədən üzə deyər, kimsənin arxasınca danışmaz, qeybət qılmazdı. Təbiətcə çox sakit idi, səsi çıxmazdı. Yersiz danışıb, yersiz gülməzdi. Ağır təbiəti vardı. Təhsil aldığı Yasamal rayonundakı 158 № li orta məktəbdə oxuduğu zaman müəllimləri, şagird yoldaşları onu “sakit qız” kimi çağırırdılar. Dərsə davamiyyəti, nizam-intizamlı olması ilə diqqət çəkirdi.

 

            Gültəkin anaya, ataya sonsuz bağlı idi. Anam Nəcimə Nəzərlinin dünyasını vaxtsız dəyişməsi Gültəkinə çox pis təsir etmişdi. O zamandan Gültəkin ailədə qardaşlarına, bir sözlə bütövlükdə ailəyə analıq etməyə başladı. Ailənin bütün qayğıları onun üstündə idi. Bu səbətdən özü ailə qurmağa belə düşünmədi.

 

            Atam Ələsgərin vəfatı isə Gültəkini bir növ depressiyaya saldı. Bəlkə də əvvəlcə anamın, sonra isə atamın ölümü Gültəkinin qəlbində qubar bağladı, dərin kök saldı. Sonralar xəstələnməsinə səbəb oldu...

 

            Gültəkin Qafarova-Əsgərzadə ömrünün 20 ilindən çoxunu Azərbaycan Qızıl Aypara Cəmiyyətində xeyirxah, humanist bir isə həsr edib. O, AzQAC-ın 2 illik tibb bacıları kursunu əla qiymətlərlə bitirərək, Cəmiyyətdə kiçik tibb bacısından baş tibb bacısına kimi şərəfli bir yol keçib. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biri şəfqət xidmətidir. Bu xidmət çərçivəsində Şəfqət bacıları kimsəsiz, tənha qocalara, xroniki xəstələrə evdə patronaj tibbi xidmət həyata keçirirlər. Məhz Gültəkin Qafarova-Əsgərzadə də bu fədakar Şəfqət bacılarından olmuşdur. Şəfqət bacısı olmaq üçün ilk növbədə insanın qəlbində şəfqət, mərhəmət, xeyirxahlıq hisləri olmalıdır. Bütün bu insani keyfiyyətləri özündə ehtiva edən Gültəkin humanistlik nümayiş etdirərək, şərəflə bu vəzifəni daşıdı, insanların sevgisini, hörmət və rəğbətini qazandı. Xəstələri-kimsəsiz tənha qocalar Gültəkini “Ümid bacısı” adlandırmışdılar. Onlar böyük ümidlərlə, intizarla Gültəkinin gəlişini gözləyərdilər. Çünki, onların Azərbaycanda heç bir qohumu yox idi. Mehrlərini Gültəkinə salmışdılar. Gültəkin də həmişə onlara böyük sevgi ilə, məsuliyyətlə baş çəkər problemləri ilə maraqlanar, həllinə çalışardı. Qaydaya görə patronaj tibb bacısı həftədə 2-3 dəfə xəstəyə, kimsəsiz qocaya baş çəkməlidir. Gültəkin isə demək olar ki, həftənin hər gününü onlara baş çəkərdi. Hətta elə olurdu ki, axşam, bəzən gecə vaxtı Gültəkinə zəng vururdular. O, da qardaşlardan biri ilə onların evlərinə gedər, həyan olardı.

 

            Bu minvalla Gültəkin ömrünün ən mənalı, ən xoşbəxt günlərini yaşayırdı. Lakin, qəflətən düçar olduğu ağır, sağalmaz xəstəlik Gültəkinin bütün arzularını, humanist fəaliyyətini alt-üst elədi. Bu xəstəliklə, eləcə də yaşamaq uğurunda mübarizə aparan Gültəkin həyata gözlərini yumana qədər o, kimsəsiz, tənha qocaları, xroniki xəstələri düşündü. O, tez-tez ailə üzvlərinə deyərdi ki, mən yataqdayam görəsən onlara kim baş çəkəcək, qayğılarına kim qalacaq?... Ölüm yatağında belə onları düşünməsi Gültəkinin necə bir humanist Şəfqət, mərhəmət, xeyirxahlıqla dolu qəlbə malik insan olmasından xəbər  verirdi.

 

            2008-ci ilin dekabr ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gültəkin Qafarova-Əsgərzadənin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında xüsusi fəallığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında xüsusi xidmətləri, həssas təbəqədən olan insanlara tibbi-sosial qayğı göstərilməsində, respublikada səhiyyə- maarifi işinin təbliğinin inkişafında uzun müddətli səmərəli xidmətləri nəzərə alınaraq, ona Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı olan “ Florence Nightingale ” medalına təqdim olundu. O, bu xəbərdən xeyli sevincək oldu.. Lakin medalı almaq ona nəsib olmadı. 2009-cu il yanvarın 12-də Gültəkin bu işıqlı dünyaya vida etdi...

 

            2009-cu ilin may ayının 12-də “Ümumdünya Tibb bacıları günü”ndə Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin “Florence Nightingale”  medalının təltifedilmə mərasimində Gültəkin Qafarova-Əsgərzadə bu medala layiq görüldü. Lakin, çox təəssüf ki, Gültəkin artıq həyatda yox idi...

 

            Həmin ilin iyun ayının 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində düzənlənən təqdimetmə mərasimində həmin medal Gültəkinin ailə üzvlərinə təqdim olundu...

 

            “Florence Nightingale” medalı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı olmaqla, hazırda 1512 tibb işçisi bu medalı daşıyır. 13 nəfər isə Azərbaycan tibb işçisidir. Onlardan biri də məhz Gültəkin Qafarova- Əsgərzadə olmuşdur.

 

            Gültəkinin ölümündən sonra onun xatirəsini əbədiləşdirmək üçün haqqında İTV-də “Yarımçıq qalmış arzular” adlı film çəkilmiş, həm Azərbaycan Qızıl Aypara Cəmiyyətində, həm də vaxtilə təhsil aldığı Bakı şəhəri, Yasamal rayonundakı 158 № li orta məktəbdə xatirə guşəsi yaradılmış, ayrı-ayrı  kanallarda haqqında süjetlər nümayiş etdirilmiş, müxtəlif yazılar dərc edilmiş, 50 illik yubileyi təntənə ilə qeyd olunmuşdur.

 

Bəli, Gültəkin Qafarova- Əsgərzadə Allah təalanın seçilmiş bəndəsidir, desəm, yəqin ki, yanılmaram. O, 48 illik qısa ömründə insanlığı, nəcibliyi, mərhəməti, şəfqəti, xeyirxahlığı aşıladı, onların fövqündə durdu, xoş, şirin xatirələrlə yaddaşlara həkk olundu. O, mələk siması ilə qəlblərə köçdü. Cismani öldü, amma ölməzliyə qovuşdu. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və onun Şəfqət xidmətinin tarixində Gültəkin Qafarova-Əsgərzadənin adı həmişə dərin hörmət və ehtiramla yad ediləcəkdir. Onun keçdiyi bu parlaq, şərəfli, şəfqətli həyat yolu gələcək tibb bacıları üçün bir örnək olacaqdır.

 

            Filologiya elimləri doktoru, şair Əsmətxan Məhsətinin Gültəkin Qafarova-Əsgərzadəyə həsr etdiyi “Şəfqət bacısı” adlı şerində deyilir:

                                    Aramızda indi yoxdur Gültəkin,

                                    Tez açıldı, nə tez soldu gül təki,

                                    Əməlləri işıq saçar gün təki,

                                    Sönməz nurdur, şəfəqdir şəfqət bacım.

Ruhun şad olsun, Əziz bacım Gültəkin. 60 yaşın mübarək!  Amma sən hər zaman xatirələrdə 48 yaşlı, mələk simalı, şəfqətli, nurlu bir xanım kimi qalacaqsan..

Allah Rəhmət eləsin.

 

                                                            Qafar Əsgərzadə

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin

vitse-prezidenti, Pedaqogika

üzrə fəlsəfə doktoru, dosent

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü 21 Sentyabr 2021, 00:31 “Pfizer” 5-11 yaş qrupları üçün də effektivdir 21 Sentyabr 2021, 00:23 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 21 Sentyabr 2021, 00:14 Livanda yeni hökumətə etimad göstərildi 20 Sentyabr 2021, 23:57 Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub 20 Sentyabr 2021, 23:31 Türkiyədə daha 231 nəfər virusdan ölüb 20 Sentyabr 2021, 23:20 Bakıda yaşayış binasında yanğın 20 Sentyabr 2021, 23:05 Ərdoğan Quterreşlə görüşdü 20 Sentyabr 2021, 22:52 ABŞ-da “Türk evi”nin açılışı oldu 20 Sentyabr 2021, 22:41 Bayden Makronun etirazına məhəl qoymur 20 Sentyabr 2021, 22:28 İnternetlə bağlı problemlər müzakirəyə çıxarıldı 20 Sentyabr 2021, 22:09 Daha bir ölkədə peyvəndin 3-cü dozası vurulacaq 20 Sentyabr 2021, 22:07 2 milyonluq oğurluq edən “alpinist”dən XƏBƏR VAR 20 Sentyabr 2021, 21:49 Şəhid anasını aldadan zatıqırıqlar.. 20 Sentyabr 2021, 21:46 Azərbaycanı hədələyən İran mollasına kim cavab verəcək: Allahşükür Paşazadə, yoxsa Hacı Şahin?.. 20 Sentyabr 2021, 21:40 Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı 20 Sentyabr 2021, 21:37 "Azərxalça”nın sabiq sədrinin işi məhkəməyə göndərildi 20 Sentyabr 2021, 21:27 ABŞ-a gedənlərdən bunlar tələb olunacaq 20 Sentyabr 2021, 21:13 “Qarabağ” “Sumqayıt”ı məğlub etdi 20 Sentyabr 2021, 20:58 “ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb? 20 Sentyabr 2021, 20:54 "Texnofest-2022" Azərbaycanda keçiriləcək 20 Sentyabr 2021, 20:42 "Qarabağ"ın müdafiəçisi zədələndi 20 Sentyabr 2021, 20:34 ABŞ-da yoluxma sayı 42 milyonu keçib 20 Sentyabr 2021, 20:20 Heyvandarlıq məhsulları “fermadan süfrəyədək” izlənəcək 20 Sentyabr 2021, 20:02 Avtovağzaldan çıxan avtobusların sayı 2 dəfə artırılır 20 Sentyabr 2021, 19:59 Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalayacaq 20 Sentyabr 2021, 19:45 Neft-qaz sektoruna nə qədər investisiya qoyulub? - RƏSMİ 20 Sentyabr 2021, 19:31 Nazirlik qazinin şikayəti ilə bağlı açıqlama yaydı 20 Sentyabr 2021, 19:28 Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı 20 Sentyabr 2021, 19:19 Türkiyə hərbçiləri Naxçıvanda gəldi - VİDEO 20 Sentyabr 2021, 19:13 Şəhid ailəsinə qarşı dələduzluq edənlər saxlanıldı - VİDEO   20 Sentyabr 2021, 19:08 İlham Əliyev Vladimir Putini təbrik edib 20 Sentyabr 2021, 19:05 Dolların sabaha olan məzənnəsi 20 Sentyabr 2021, 18:54 Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi 20 Sentyabr 2021, 18:47 Son sutkada 1025 nəfər peyvənd olunub 20 Sentyabr 2021, 18:34
SORĞU Hansı vaksinə etibar edirsiniz?