Modern.az

Tokio-2020: Firdovsi Fərzəliyev uduzdu

Tokio-2020: Firdovsi Fərzəliyev uduzdu

5 Avqust 2021, 09:45

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında üçüncü döyüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupu çərçivəsində Darxan Assadılov (Qazaxıstan) ilə qarşılaşıb. Görüş qazaxıstanlı idmançının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub. Növbəti döyüşündə təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib.

 

***

08:54

 

“Tokio-2020” Yay Olimpiya Oyunlarında karate yarışlarına start verilib.

 

Modern.az xəbər verir ki, Tokio Olimpiadasında ölkəmizi 3 karateçi təmsil edir.

 

Bu gün milli komandamızın üzvü Firdovsi Fərzəliyev (67 kq) mübarizəyə qoşulub. A qrupunda mübarizə aparan təmsilçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub.

 

Karateçimiz daha sonra Naoto Saqoya (Yaponiya) ilə üz-üzə gəlib. O, rəqibini 1:0 hesabı ilə məğlub edib.  İdmançımız üçüncü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirəcək.

 

Qeyd edək ki, qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir