Modern.az

FHN 7 nəfəri xilas etdi  

FHN 7 nəfəri xilas etdi  

Hadisə

5 Avqust 2021, 13:25

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 89 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 7 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.

 

Ümumilikdə, ötən sutka ərzində yeddi nəfər, o cümlədən Xəzər dənizində “Şüvəlan”, “Corat” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?