Modern.az

Bakıda yol qəzası sıxlıq yaratdı   

Bakıda yol qəzası sıxlıq yaratdı   

Hadisə

5 Avqust 2021, 15:23

Hazırda Heydər Əliyev prospekti-Hava limanı yolunun Bülbülə döngəsi adlanan hissəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, sıxlığa səbəb qeyd olunan ərazidə (Böyük Şor yol qovşağı istiqamətində) yol nəqliyyat hadisəsinin baş verməsidir.

 

Agentlik vətəndaşlardan diqqətli olmalarını xahiş edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu