Modern.az

Daha 8 müəssisədən Rusiyaya alma ixracına icazə verildi

Daha 8 müəssisədən Rusiyaya alma ixracına icazə verildi

İqtisadiyyat

10 Avqust 2021, 15:13

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam edir.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisində fəaliyyət göstərən pomidor və alma istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

 

Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə əlaqədar məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən avqustun 10-dan daha 8 istehsal müəssisəsindən həmin ölkəyə alma ixracına icazə verilib.

 

Ümumilikdə indiyə qədər Rusiyanın müvafiq qurumu tərəfindən 54 istehsal müəssisəsindən qonşu ölkəyə məhsul ixracına icazə verilib. Rusiyaya alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 121 min 517 ton təşkil edir ki, bu da ötən il ərzində Rusiyaya ixrac olunan 66 min 924 ton alma məhsulunun 181,5 faizi həcmindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir