Modern.az

Bu il niyə 700 bal toplayan olmadı? - Ekspert RƏYİ  

Bu il niyə 700 bal toplayan olmadı? - Ekspert RƏYİ  

Təhsil

12 Avqust 2021, 16:12

Bu il ali məktəblərə qəbul imtahanlarında maksimum – 700 bal toplayan olmadı. Əvvəlki illərdən fərqli olaraq, cari tədris mövsümündə abituriyentlərin rekorda imza ata bilməməsi ortaya bir sıra suallar çıxarır: Bunu təhsilin səviyyəsinin aşağı düşməsi kimi qiymətləndirmək olarmı, yoxsa pandemiyanın təsirləri ilə əlaqədardır?

 

Modern.az bu və digər suallara cavab tapmaq üçün təhsil ekspertlərinə müraciət edib.

 

Azərbaycanın Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, imtahanların nəticələrinə Vətən müharibəsinin də təsiri ola bilər:

 

 “İlk səbəb iki ilə yaxındır ki, davam edən pandemiyadır. Koronavirus hər addımda təhsilə öz əks təsirini göstərdi. Məktəblərin bağlanması ilə bərabər repetitorların da fəaliyyəti dayandırılmışdı. Abituriyentlərin böyük əksəriyyəti repetitor yanına getdiyindən, bu hal ümumi nəticəyə təsir göstərdi. 44 günlük Vətən müharibəsinin də müəyyən təsirləri oldu”.  

 

Təhsil eksperti Elçin İsmayılov isə pandemiyanın nəticələrə ciddi təsir etmədiyini düşünür. O, məzunların niyə 700 bal toplaya bilməməsini belə izah edib:

 

“Əvvəllər imtahan birmərhələli idi, uşaqlar daha az həyəcan keçirirdi. Son 3 ildə imtahanın ikimərhələli olmağı abituriyentlərə psixoloji olaraq təsir göstərib. İlk dəfə imtahan verəndə həyəcan bir dəfə olurdu və bitirdi. Ancaq ikimərhələli imtahanda uşaqlar daha çox həyəcanlanır. Həm imtahan prosesi ikimərhələlidir, həm də blok imtahanı bir dəfə keçirildi. Düşünürəm ki, bunun  üçün maksimum nəticə olmadı. Pandemiyanın çox ciddi təsiri yoxdur,  bunu keçən ilki nəticələrə əsaslanaraq söyləyirəm. Bəzi  illərdə sualların səviyyəsində müəyyənlər fərqlərdə olur. Maksimum nəticə olmasa da yüksək bal toplayanlar xeyli sayda idi. Bu da təhsil səviyyəsinin aşağı enmədiyini göstərir”.   

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür