Arxiv
16 Avqust 2021, 10:44 | TƏHSİL
“Mikayıl Cabbarovun rəğbətini qazanmaq çox xoş oldu” - Nazirliyin sektor müdiri

Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis olunub.

 

Müsabiqə 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. “Yüksəliş” 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

 

Müsabiqəyə 11760 nəfər müraciət edib. Yarımfinal mərhələsindən keçən 112 namizəd 10-11 iyul tarixlərində “Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştirak edib. Onlardan 27 nəfəri qalib adını qazanıb.

 

AzEdu.az “Yüksəliş” müsabiqəsinin qalibləri ilə silsilə müsahibələrə start verib. Müsahibələr əsnasında oxucular qaliblərin uğur və idarəçilik təcrübələri ilə tanış olacaq və onların YÜKSƏLİŞ-ə doğru getdiyi yoldan xəbər tutacaqlar.

 

İlk müsahibimiz Təhsil Nazirliyində Təhsil İslahatlarının Koordinasiyası sektorunun müdiri Leyla Xəlilova Rzazadədir.

 

O, 1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində bakalavriat, CIFE Avropa İnstitutunda (CIFE European Institute) Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. Təhsil Nazirliyində Təhsil İslahatlarının Koordinasiyası sektorunun müdiri vəzifəsində çalışır.

 

Leyla xanım, “Yüksəliş” müsabiqəsində iştirak etməyə necə qərar verdiz?

 

“”Yüksəliş”-in təsis edilməsi haqqında sərəncamın verilməsindən xəbər tutduqdan sonra özümü sınamaq məqsədi ilə müsabiqəyə qatıldım. Amma hər şey o qədər yaxşı təşkil olunmuşdu ki, artıq ilk mərhələdən sona qədər davam etməyə qərar verdim. Müsabiqənin formatı, hazırlanan suallar, tapşırıqlar, idarə heyəti, peşəkar təşkilatçılıq, idarəçi rəhbərlər və qatılan iştirakçılar əslində ilk gündən onun yaxşı keçəcəyinə işarə idi”.

 

Müsabiqəyə hansı şəkildə hazırlaşdız?

 

“Doğrusu, xüsusi hazırlıq prosesi keçmədim. “Yüksəliş” müsabiqəsinin digər müsabiqələrdən fərqi ondadır ki, burada hansısa sahəvi biliklər və ya müəyyən proqram əsasında qazanılan məlumatlar yoxlanılmır. Burada daha çox təhsil illərində və iş təcrübəsi zamanı toplanılan biliklər, bacarıqlar və kompetensiyalar ölçülür. Ən əsası da, yarışa hazırlaşarkən hansı bilik və bacarıqların müxtəlif üsullarla ölçüləcəyi haqqında iştirakçılar məlumatlı olmur. Bu da iştirakçılarının daha şəffaf və ədalətli qiymətləndirilməsinə şərait yaradır”.

 

Müsabiqənin bir çox mərhələləri pandemiya şəraitinə düşdü. Bu sizə və digər iştirakçılara nə kimi problemlər yaratdı?

 

“Müsabiqənin pandemiya dövrünə düşməsi gözlənilən vaxtdan daha gec yekunlaşmasına səbəb oldu. Bu olduqca uzun bir proses idi və təxminən 2 ilə yaxın davam etdi. Lakin düşünürəm ki, gələcək liderlər hər kəsə çətinlik kimi görünən hadisələri üstünlüyə çevirə bilməlidirlər. Mən müsabiqənin pandemiya şəraitində keçirilməsinə problem kimi yanaşmıram, pandemiya dövrü şəxsi inkişaf üçün bizə kifayət qədər vaxt yaratdı. Bəlkə də, elə həmin dövrdə əldə etdiyimiz biliklər bizə müsabiqənin hansısa mərhələsində kömək etdi”.

 

 

Müsabiqənin hansı mərhələlərdə çətinlik çəkdiniz?

 

“Adətən yarışların, müsabiqə və imtahanların hazırlıq və keçirilmə prosesi kifayət qədər çətin və yorucu olur. İnsan daha çox nəticəyə yönəlir və yalnız nəticə əldə olunduqda zövq alır. “Yüksəliş” müsabiqəsi isə proses ərzində də çox maraqlı və zövq verici idi. İstər onlayn mərhələdə, istər test mərhələsində, istərsə də yarımfinal və finalda komanda işi zamanı çox maraqlı vaxt keçirdik, öyrəndik, şəbəkəmizi genişləndirdik və bütün bunlar heç də çətin və yorucu deyildi”.

 

Müsabiqədə iştirak edərkən əsas nəyə diqqət etmək lazımdır?

 

“”Yüksəliş” müsabiqəsi  intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə yaradılıb. Bu baxımdan, idarəçi rəhbər şəxslərə, liderlərə xas xüsusiyyətlərin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Nəticəyə yönəlmə, kommunikasiya, işin icra edilməsi, komanda işi, sosial məsuliyyət, innovativ yanaşma kimi liderlik xüsusiyyətləri qiymətləndirilir. Eyni zamanda, ümumi dünya görüşü, məntiq, riyazi təhlil, sürətli düşünmə, büdcənin idarə edilməsi, sosial intellekt, layihələrin idarə edilməsi kimi bilik və bacarıqlara da önəm verilir”.

 

Hansı dövlət rəsmilərinin fikirləri ilə tanış oldunuz və nə kimi tövsiyələr əldə etdiniz?

 

“Müsabiqə başladığı vaxtdan etibarən iştirakçılar müxtəlif vebinarlara cəlb olundular. Bu vebinarlarda mentor qismində həm dövlət rəsmiləri, həm də özəl sektordan olan dəyərli şəxsləri dinləmək, onlara öz suallarımızı ünvanlamaq, tövsiyələrini almaq imkanımız oldu. Eyni zamanda, müsabiqənin idarəçi rəhbərləri ilə mütəmadi görüşlər təşkil olunurdu. Görüşlərdə əsasən, şəxsi inkişaf, dövlət idarəçiliyi, liderlik bacarıqları və s.mövzular müzakirə edilirdi”.

 

Final mərhələsində hər bir iştirakçı dövlət rəsmiləri tərəfindən qiymətləndirilir. Sizin üçün final mərhələsi necə yadda qaldı?

 

“Final mərhələsində idarəçi rəhbərlər tərəfindən qiymətləndirmənin olması hər bir iştirakçı üçün həyəcanverici təcrübə idi. Bildiyiniz kimi, final mərhələsi komanda işi şəklində təşkil olunmuşdu və biz hər masada 6 nəfər olmaqla müxtəlif keyslərin həllinə cəlb olunmuşduq. Daha sonra hər bir masaya bir idarəçi rəhbər dəvət olundu və onların iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” konsepsiyasına uyğun yeni keys üzərində işlədik. Bizim masanı qiymətləndirən idarəçi rəhbər Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayil Cabbarov idi və biz “ağıllı iqtisadiyyat” modeli üzərində işlədik. İdarəçi rəhbərlərin hər masadan yalnız bir şəxsə bir bal verdiyini nəzərə alsaq, cənab nazirin rəğbətini qazanmaq mənim üçün çox xoş idi”.

 

Müsabiqə bitdikdən sonra Birinci vitse-prezident Mehriban Əliyeva qaliblərə təbrik məktubu ünvanladı, həmçinin, mükafatlandırılma mərasimi keçirildi və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sizləri qəbul etdi.  Nə kimi tövsiyələr qazandız?

 

“Müsabiqə bitdikdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın qaliblərə təbrik məktubu ünvanlaması xüsusilə yaddaqalan hadisə idi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun qaliblərlə görüşü isə gələcək planlar, işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri, qaliblərlə növbəti mərhələdə aparılacaq işlərlə bağlı müzakirələr əsasında qurulmuşdu. Bununla yanaşı, təltifetmə mərasimində Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, “Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev qaliblərə öz təbriklərini çatdırdı və ölkənin gələcək inkişafına verəcəyimiz töhfələr, öz üzərimizdə işləmək üçün atacağımız addımlarla bağlı tövsiyələrini verdilər”.

 

 

Hansı mərtəbəyə YÜKSƏLMƏYİ hədəfləyirsiz?

 

“Yüksəliş” dedikdə bu sözü bir çox mənalarda anlamaq olar. Bu həm şəxsi bilik və bacarıqların artırılması ilə bağlı yüksəliş, həm də karyera yüksəlişi kimi başa düşülə bilər. Sözün hər iki mənasında mən heç vaxt “general olmaq istəməyən əsgər” olmamışam və hədəflərimə doğru addımlamağa hər zaman davam edəcəyəm”.

 

Əgər sirr deyilsə, qazandığınız 20.000 AZN-ni hansı şəkildə istifadə edəcəyinizi bilmək olar?

 

“Müsabiqənin şərtlərinə görə, mükafatın 10000 manat məbləğində olan hissəsi şəxsi inkişaf üçün xərclənməlidir. Hazırda, bu istiqamətdə şəxsi inkişafıma faydalı ola biləcək proqramları araşdırıram. Fərdi istifadə üçün nəzərdə tutulmuş hissə ilə bağlı isə hələlik planım yoxdur”.

 

Gəncələrimiz YÜKSƏLMƏK üçün hansı hədəfləri həyata keçirməlidir?

 

“Öncəliklə, gənclər təhsillərinə diqqətlə yanaşmalı və bununla yanaşı mütaliəyə və şəxsi inkişafa (dil biliklərinin artırılması, müxtəlif proqram və kurslar vasitəsi ilə əlavə biliklərin əldə olunması və s.) xüsusi önəm verməlidirlər. Məqsədlərinə doğru əmin addımlarla irəliləməli və ruhdan düşməməlidirlər. Bununla yanaşı, onlar sevdikləri və faydalı olduqları sahədə çalışmalı, öz karyeralarını həmin sahədə qurmalıdırlar. İşin və karyeranın yalnız şəxsi təminat, fərdi yüksəliş üçün deyil, eyni zamanda, cəmiyyət və ölkəyə faydalı olmaq üçün qazanıldığını anlamalıdırlar”.

 

Son olaraq YÜKSƏLİŞ müsabiqəsinə hazırlanan şəxslər üçün nə kimi məsləhətləriniz var?

 

Mən “Yüksəliş” müsabiqəsinin qalibi olaraq bu müsabiqənin davamlı şəkildə keçirilməsini istərdim. Əgər gələcəkdə müsabiqənin növbəti turlarının keçirilməsi nəzərdə tutularsa, bu müsabiqəyə qatılmağı tövsiyyə edirəm. Müsabiqənin hər bir mərhələsi müxtəlif bilik və bacarıqların ölçülməsinə yönəlib. Hər bir mərhələdən sonra siz yüksək və aşağı nəticə göstərdiyiniz istiqamətləri görə bilirsiniz və özünüzü hansı istiqamətdə inkişaf etdirəcəyinizi öyrənirsiniz. Bu müsabiqə həm də yeni tanışlıqlar qazanmaq, öyrənmək və öyrətmək üçün çox yaxşı platformadır. Qalibiyyət çox gözəldir, lakin bu müsabiqədə qalib olmayanların da qazancı kifayət qədər çox oldu”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yanğınla bağlı qərargah yaradıldı, sakinlər təxliyyə edildi 16 Oktyabr 2021, 10:04 Bu marşrut xətlərinin istiqaməti dəyişdirilib 16 Oktyabr 2021, 09:55 Məsciddə ölənlərin sayı 63-ə çatdı 16 Oktyabr 2021, 09:41 4 Rusiya vətəndaşı oteldə ölü tapıldı 16 Oktyabr 2021, 09:38 “Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir 16 Oktyabr 2021, 09:29 Baş qazi Etimad Əsədovun vəfatından üç il ötür... 16 Oktyabr 2021, 09:24 Bakıda ticarət mərkəzi yanır 16 Oktyabr 2021, 09:18 118 əfqanıstanlı Azərbaycandan sığınacaq İSTƏYİB 16 Oktyabr 2021, 09:15 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri BAŞLAYIB 16 Oktyabr 2021, 08:46 Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00