19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
21 Avqust 2021, 14:28 | QARABAĞ
Kəlbəcərə köç edən çobanların yaylaq həyatı - REPORTAJ

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları hələ sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb.

 

Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqları bitki örtüyü ilə zəngindir.

 

Ermənilər işğal dövründə Kəlbəcərin yaşayış yerlərini yerlə-yeksan etdikləri kimi, təbii sərvətlərini də talayıblar. Lakin 27 ildən sonra düşmən işğalından azad olunan Kəlbəcər artıq əsl sahiblərinə qovuşub, vətən həsrəti sona çatıb.

 

 

 

Əzəli torpaqlarımızın azad edilməsindən cəmi bir neçə ay sonra Qarabağa ilk köç baş tutdu. Qoyunçuluq və arıçılıq təsərrüfatlarının Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsilə qayıdışın təməli qoyuldu, azad olunmuş ərazilərdə həyat yenidən canlanmağa başladı...

 

Uzun illərdən sonra Kəlbəcər sakinləri öz yurdlarına döndülər. Onlar öz təsərrüfatlarını doğma yaylaqlara apararaq, həm Qarabağa qovuşmanın sevincini yaşayır, həm də işlərinə qaldıqları yerdən davam edirlər.

 

 

Məlumat üçün bildirək ki, pilot layihə çərçivəsində bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulub.

 

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub.

 

Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

 

 

Modern.az Kəlbəcərə köç edən soydaşlarımızla əlaqə saxlayaraq, onların fəaliyyəti və hazırki durumu ilə maraqlanıb.

 

Kəlbəcərin hər qarışı cənnətdir...

 

Qoyun sürüsünü Kəlbəcər yaylaqlarına aparan Pərvin Bayramov özünü doğma torpaqlarımızda xoşbəxt hiss etdiyini söyləyib. İlk günlərdə hava şəraiti ilə əlaqədar çətinlik çəkdiyini deyən Pərvin işlərinin qaydasında olduğunu bildirib:

 

“Əvvəllər olduğu kimi biz yenə Daşkəsənə getməli idik, ancaq təsərrüfatın Kəlbəcərə köçürülə biləcəyini eşidəndə dərhal bura gəlmək qərarı verdik. Kəlbəcərin hər qarışı cənnətdir, havası gözəldir. Biz neçə illər doğma torpaqlarımızın həsrətini çəkmişik. İndi şükürlər olsun ki, Qarabağımız azaddır, biz öz yurdumuzda təsərrüfatla məşğul oluruq. Bu xoşbəxt anı bizə yaşadanlara minnətdarıq”.

 

 

Gənc çobanın sözlərinə görə, Kəlbəcərə bir gələn, bir də burdan getmək istəmir:

 

“May ayının sonundan buradayıq. İşlərimiz gözləniləndən də yaxşı gedir. Doğrudur, burada hava şəraiti ilə əlaqədar bəzi çətinliklər yaşadıq. Amma adam buradan getmək istəmir. İşlərimiz yaxşıdır, heç bir təhlükəli vəziyyətlə üzləşməmişik. Təəssüflər olsun ki, yaylaq dövrü bitdikdən sonra Arana qayıtmalı olacağıq. Burada lazımı şərait qurulandan sonra yenidən qayıdıb, işlərimizə davam edəcəyik. Şəraitimiz olsa, geri qayıtmaq istəmərəm”.

 

 

Buranın təbiəti insanı valeh edir...

 

Kəlbəcər yaylaqlarına köç edən növbəti həmsöhbətimiz Elşad İsgəndərovdur. O bildirib ki, kənardan təhlükəli görünsə də, Kəlbəcərdə özünü rahat və xoşbəxt hiss edir:

 

“Mal-qaranı Kəlbəcərə gətirəcəyimizi heç düşünməmişdik, bizim üçün gözlənilməz oldu. Özüm burada doğulmasam da, Kəlbəcər ata-baba yurdumdur, buralar mənim üçün doğmadır, əzizdir. İki aydan artıqdır ki, Kəlbəcər yaylaqlarındayıq. Hər hansı təhlükə ilə qarşılaşmamışıq. Hələlik işlər qaydasındadır. Yaylaq dövrü bitəndən sonra qayıtmağı düşünürük. Çünki burada yaşamaq üçün ev, qışda heyvanların saxlanılması üçün tövləmiz yoxdur.  Buralar abadlaşandan sonra gəlib həmişəlik qalacağıq. Təsərrüfatın inkişaf etməsi üçün çox əlverişli yerdir, Kəlbəcərin təbiəti insanı valeh edir. Hər tərəfi gözəldir. Bundan sonra biz Qarabağ torpaqlarında əbədi yaşayacağıq”.

 

 

Qeyd edək ki, pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın Kəlbəcər yaylaqlarına köçünü təmin etməkdir.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda daha bir məktəb distant təhsilə keçdi 19 Oktyabr 2021, 10:25 Agentlikdən yeni LAYİHƏ 19 Oktyabr 2021, 10:20 Ordumuz Laçında hərbi təlimlərə BAŞLADI 19 Oktyabr 2021, 10:15 Slovakiyalı nazir Azərbaycana gəlib 19 Oktyabr 2021, 10:09 “Anna Akopyanın yalanlarını ifşa etmək borcum idi” 19 Oktyabr 2021, 10:05 Türkiyədə güclü zəlzələ olub 19 Oktyabr 2021, 10:00 Türk dövlətləri nə vaxt müstəqilliklərinə qovuşub?   19 Oktyabr 2021, 09:55 TÜRK PA baş katibindən ilk açıqlama - VİDEO 19 Oktyabr 2021, 09:50 Azərbaycan nefti ucuzlaşdı 19 Oktyabr 2021, 09:45 Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub 19 Oktyabr 2021, 09:40 Sentyabrda sosial ödəniş ALANLAR 19 Oktyabr 2021, 09:34 ADR Partiyasının təşkilat rəhbəri vəfat edib 19 Oktyabr 2021, 09:28 Ölkədə peyvəndlənənlər 50 faizə çatır  19 Oktyabr 2021, 09:24 Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR 19 Oktyabr 2021, 09:20 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda COVID-19-a yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56