Modern.az

Bankda pulu olanlar üçün “Beynəlxalq Əmanət Günü” keçiriləcək

Bankda pulu olanlar üçün “Beynəlxalq Əmanət Günü” keçiriləcək

30 Oktyabr 2012, 15:35

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF), Əmanətlərin Sığortalanması Fondu və bir sıra kommersiya bankları “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə “Beynəlxalq Əmanət Günü” keçirəcəklər.

 Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın İnkişaf departamentinin direktor müavini Natəvan Məmmədova bildirib. Onun sözlərinə görə,  “Beynəlxalq Əmanət Günü” oktyabrın 31-dən noyabrın 8-dək davam edəcək. Tədbirin Azərbaycanda təşkilinin məqsədi milli bank sektoruna inamın güclənməsi və əhalinin maliyyə savadlılığının artırılmasına xidmət edir. Mərkəzi Bankın İnkişaf Departamentinin direktor müavini Natəvan Məmmədova “Beynəlxalq Əmanət Günü” haqqında geniş məlumat verib. O, bildirib ki, “Beynəlxalq Əmanət Günü” ilk dəfə 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub. Onun sözlərinə görə, bu il “Beynəlxalq Əmanət Günü”nü Azərbaycanda ilk dəfə keçiriləcək və bu ənənəyə çevriləcək. Əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması kiçik yaşlardan başlanıldığı üçün bu tədbir əsasən məktəb şagirdlərinə yönəlib. Onun sözlərinə görə, tədbir çərçivəsində bank filiallarında, məktəblərdə uşaqlar üçün müxtəlif yarışlar, müsabiqələr keçirələcək, maarifləndirici promo materiallar paylanacaq, iştirakçı bankların ATM-lərində videoçarxlar yayımlanacaq. Azərbaycanın “Beynəlxalq Əmanət Günü”nün rəmzi əlində qəpiklə dolu küpə tutan dələ, sloqanı isə “Toplayaraq böyü” devizi seçilib.

Daha sonra “Maliyyə savadlılığı” layihəsi çərçivəsində kommersiya bankları da müxtəlif fikirlər səsləndirdilər. Layihə iştirakçıları “Dəmirbank”, “Acsess bank”, “Unibank” və “Bank Respublika” layihə çərçivəsində görüləcək tədbirlər haqqında danışdılar. 

 

Gültəkin Ələsgər

   
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı